www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
“Qum dəryasının kapitanları” baiyalı yeniyetmələrin ağır həyatından söz açır. Acı həqiqətlərin zərgər dəqiqliyi ilə təsviri bu romanın fərqli cəhətidir. Yazıçı bizi həyatın axarına buraxılmış bu uşaqların güzəranının ən xırda incəliklərini belə yaşamağa sövq edir. Həm məzəli, həm də bəzən son dərəcə iyrənc təfərrüatlarla tanış olub sarsılırıq. Gözlərimizin önündə personajlar sərgilənir – bir-birindən fərqli, bir-birinə bənzəməyən talelər üzə çıxır. Bu uşaqların hərəsi öz həyatını yaşayır, amma hamısı birlikdə ağır, ac bir qisməti – qeyri-bərabər, ədalətsiz, ikiüzlü cəmiyyətdə yaşamaq yükünü öz zəif çiyinlərində daşıyır. Bu cür amansız gerçəklik, sərt həyat həqiqəti fonunda isə yeniyetmələrin zəngin, poetik iç dünyası açılır.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər1