Valideynlərini itirmiş gənc qız varlı vulqar amerikalı qadının yanında işləyir. Onunla Monte-Karloya gəlir və burada bir il əvvəl arvadı faciəli şəkildə həlak olan ingilis aristokratı Maksimilian de Vinterlə tanış olur. Az bir müddət sonra evlənib Maksimin bütün İngiltərədə öz gözəlliyi və möhtəşəmliyi ilə məşhur olan malikanəsinə Menderlə gəlirlər.
Menderldə gənc missis de Vinter Maksimin birinci arvadı Rebekkanın sanki ölməmiş kimi hələ də hər şeyə və hər kəsə hakim olduğunu görür. Gənc qadın onun yox, Rebekkanın hələ də Menderlin sahibəsi olduğunu hər addımda hiss edir. Ətrafda hər kəs Rebekkanın valehedici gözəlliyindən, zərifliyindən, ağlından, əfsanəvi bir qadın olduğundan danışır. Gənc missis de Vinter həyat yoldaşının hələ də Rebekkanı sevdiyini, onunla evləndiyinə görə peşman olduğunu düşünür və əzab çəkir.
Lakin qəflətən baş verən bir hadisə aylar boyu sürən bu iztiraba son qoyur, Menderlin sakinlərinin keçmişi haqqında bütün sirləri üzə çıxarır...
Daphne du Maurier-nin bu əsəri gözlənilməz sonluqlu psixoloji-detektiv trillerdir. Roman XX əsrin 100 ən yaxşı detektiv romanı siyahısına daxil edilib. Əsasında bir çox film çəkilib.
ISBN:
2001347494635
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Dafna Dü Morye
Səhifə sayı:
440
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 6
Rebekka əsərini çox bəyəndim! Personajlar arasında qarşılıqlı əlaqələr çox real və canlı idi. Bədii əsər gözəl şəkildə yazılmışdır.
Maraqlı, eyni zamanda təsirli əsərdir. Bəyəndim.
Əsərin yazı dili və təsvirləri heyrətamiz idi. Hekayə axıcı və maraqlı idi, oxumağı dayandırmaq mümkün deyildi.
Rebekkanın sirləri kitab boyu gizli qalır, bu da məni maraqda saxlayıdı. Dayanmadan oxuyub sonunu bilmək istəyirdim. Maksimlə baş qəhrəman arasında olan münasibətlərin get-gedə dəyişir amma bir yanda da Rebekkanın varlığı onların həyatını dəyişir. Ümumilikdə oxumaq çox maraqlı idi.
Romanın hekayəsi çox maraqlıdır və məni çox təsirləndirdi. Personajların yaşadıqları hadisələr və hissləri çox realdır. Çox bəyəndim.
Dahi rejissor Alfred Hitchcock'un 1940 cı ildə lentə aldığı, baş rollarını Laurence Oliver ve Joan Fontaine'ın paylaştığı filmə ilham verən roman kimi roman, səbirsizliklə gözləyirəm.
https://m.imdb.com/title/tt0032976/
https://m.imdb.com/title/tt0032976/
Bənzər məhsullar
Bununla birlikdə alırlar