Müdirinizin karyeranızda əhəmiyyətli rolu var. Bəs siyasi gedişlər etmədən, xasiyyətinizdə güzəştlərə getmədən bu kövrək, amma mühüm peşəkar münasibəti necə idarə edəcəksiniz? "Rəhbərliklə münasibətlər" kitabı sizə bu məsələlərdə aydın ekspert tövsiyələri verəcək: menecerinizin prioritet və təzyiqlərini anlamaqda; münasibət üçün müsbət üslub təyin etməkdə; gözləntiləri və eqoları idarə etməkdə; etibar və hörmət qazanmaqda. 20 dəqiqəlik menecer seriyası Vaxtınız çox deyil? Başlıca biznes biliklərini ən qısa müddət ərzində əldə edin. Intensiv kurs və ya qısamüddətli təkmilləşdirmə proqramı axtarmağınızdan asılı olmayaraq iddialı peşəkarlar və müdirlər üçün fundamental qiraət materialı olan HBR-in "20 dəqiqəlik menecer" seriyasında məhz istədiyinizi tapacaqsınız. Kitabların hər biri yığcam, praktik vasitə olduğundan yaddaşınızı idarəçilik haqqında müxtəlif fundamental mövzularla təzələməyə vaxt qazanacaqsınız. Biznesdə ən etibarlı mənbədən əlüstü oxuya və dərhal tətbiq edə biləcəyiniz tövsiyələr. E-kitab versiyalarını da əldə etmək mümkündür.
ISBN:
9789952510973
Janr:
Biznes
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Harvard Business Review
Səhifə sayı:
88
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Çox sadə dildə yazılıb və biznes dünyasına dair əsas prinsipləri yaxşı izah edir.
Bu kitab işimi daha yaxşı idarə etməyə və uzunmüddətli uğuru qazanmağa kömək etdi.
Bənzər məhsullar
Bununla birlikdə alırlar