O, çox gənc və kövrəkdir, doğulandan başı müsibətlər çəkib. İlk baxışdan normal sayılan çoxuşaqlı ailədə dünyaya gəlsə də tezliklə faciələr başlayır, ailə öz yurdundan didərgin düşüb pərən-pərən olur. Aclıq və ölüm təhlükəsindən Çinə qaçan Barinin başına daha nələr gəlmir ki?! Bir-birinin ardınca nənəsini, atasını və bacısını itirir... Çində də eyni təhlükələrlə üzləşən kimsəsiz qız özü kimi bədbəxt bir qadınla yük gəmisinin anbarında Londona qaçır. Masaj etmək bacarığı onu bu şəhərdə aclıqdan xilas edir. Lakin tale onunla burada da amansız davranır. Londonda ailə quran, qısa müddətdə xoşbəxt olan Bari az sonra körpəsinin ölümündən sarsılır və yenidən ölüm-dirim savaşına başlayır. Yad ölkədə taleyin amansız zərbələrinə tuş gəlmiş bir çox insanların mənən məhv olmaması üçün vaxtilə nənəsinin öyrətdiyi başqalarının daxili aləmini “seyr etmək”, fikirlərini oxumaq kimi qabiliyyətindən istifadə edir. Amma... “Dirilik suyu” axtaran balaca şahzadəni öz həyat idealı seçmiş Şahzadə Bari dirilik suyunun mənbəyinə gedib çıxa biləcəkmi?!
ISBN:
9789952532920
Janr:
Roman
Nəşriyyat:
YAY
Cild:
Yumşaq
Müəllif:
Hvanq Sok Yonq
Səhifə sayı:
308
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
320
Məhsul haqqında rəylər 14
Hekayənin səmimiyyəti və təsir gücü məni valeh etdi. Sevgi haqqında belə bir kitab oxuduğuma çox şadam. Sizə də tövsiyə edirəm.
Möhtəşəm bir əsərdir ❤️.
Oxuduğum ən maraqlı bədii əsərlərdən biridir. Hər səhifəsi oxucuya yeni bir şey qatır.
İlk onu deyim ki, çatdırılma xidmətiniz yüksek səviyyədədir. Əsərdə məni heyran etdi. Həm hekayəsi, həm də obrazların dərindən işlənməsi çox xoşuma gəldi. Qəlbimdə iz qoydu.
Bu kitab həyatımda oxuduğum ən təsirli bədii əsərlərdən biridir. Hər kəsə məsləhət görürəm.
Kitabın hər bir səhifəsi məni cəlb etdi. Hekayə çox maraqlı və gözlənilməz sonluqlarla dolu idi.
Yazıçının yazı üslubu çox axıcıdır və bu kitabı birnəfəsə oxudum. Hekayədəki hisslər və duyğular çox güclüdür.
Müəllifin hadisələri təsvir etmə tərzi mənim çox xoşuma gəldi. Kitabı oxuyarkən çox təsirləndim.
Roman çox təsir edicidir və məni dərindən düşündürdü. Əla bir əsərdir.
Roman mənə çox təsir etdi. Xarakterlərin hissləri və münasibətləri çox təsirli və real təsvir edilmişdi.
Zavallı "Bari" başına gəlməyən oyun qalmır. Kədərli hekayədir, eyni zamanda da qəhrəmanın əzmkarlığına heyraq qaldım. Nə olur olsun ruhdan düşmür. Mücadilə verir həyatla.
Bu sevgi hekayəsi mənə çox təsir etdi. Həm romantik, həm də düşündürücü idi.
Bu romanı oxumaq mənim üçün həyatın gözəlliklərini yenidən kəşf etmək kimi oldu. Hər dəfə yeni bir roman oxuyanda xoşbəxtlik tapıram.
Romantik romanları sevirəm və bu kitab mənim üçün mükəmməl bir oxu təcrübəsi idi. Hekayə çox maraqlı idi.
Bənzər məhsullar