XIX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan Qasım bəy Zakirin (1784-1857) həm lirik, həm də satirik-tənqidi şeirləri ilə milli mədəniyyətimizə olan xidmətləri əvəzsizdir. Q.B.Zakirin yaradıcılığı ilə tanış olduqda gözlərimiz önündə XIX əsr Azərbaycan tarixinin real mənzərəsi canlanır. Ərəb, fars dillərini mükəmməl bilən Zakir Şərq klassikasına yaxından bələd olduğu üçün özündən sonra mükəmməl irs qoyub, şair dövrünün ən tanınmış şairlərindən biri kimi sevilib. Vəfatından 167 il ötsə də onun ölməz şeirləri bu gün də oxucular tərəfindən maraqla qarşılanır, ədəbiyyatşünaslığımızın diqqət mərkəzində olaraq qalır.
"Qanun" nəşriyyatının yeni layihəsi “Azərbaycan poeziyasından seçmə şeirlər" adlanır. Ümid edirik ki, kitaba toplanmış şeirlər sizin Qasım bəy Zakirin ədəbi irsli ilə yaxından tanış olmağınıza imkan yaradacaq.