"Hələ də gec deyil" şairə Mahcamalın oxucularla ikinci görüşüdür. Mahcamal xanım poeziyaya, muğamata dəyər verən, ənənəyə sadiq qalan Abşeron ədəbi mühitinin istedadlı yetirmələrindəndir. O bir şair kimi, əsasən, özünü, Vətənə, torpağa bağlılığını, klassik şairlərimizə, çağdaş həmkarlarına məhəbbətini çoxsaylı qəzəlləri, təxmisləri, məsnəviləri, müxəmməsləri, mürəbbeləri ilə ifadə edir. Oxuculara təqdim olunan bu kitab Mahcamal xanımın könül təranələridir.
Janr:
Poeziya
Nəşriyyat:
Təhsil Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Mahcamal Babayeva
Səhifə sayı:
248
Dil:
Azərbaycan
Məhsul haqqında rəylər 1
Şeirlər mənim üçün sanki ruhun qidasıdır, hər misrasında özümü tapıram.
Bənzər məhsullar