Səlahəddin Əyyubi XII əsrdə Orta Şərqdə parçalanmış müsəlman dünyasını yenidən birləşdirən, İslam aləminə böyük təhlükə yaradan Xaç yürüşlərinin qarşısını alan və 88 ildir Xristian əsarətində olan Qüds şəhərini səlibçilərdən təmizləyərək yenidən ələ keçirən tarixdəki ən böyük liderlərdən biridir. Comərdliyi, tabeçiliyində olan bütün din və millətdən olan xalqlara qarşı tolerantlığı, dostuna, düşməninə qarşı daim hörmətlə yanaşması, döyüş və zor tətbiqinə sonuncu çarə kimi yanaşması onu nəinki müsəlman-şərq dünyasında, eləcə də bütün qərb və xristianlar arasında sevimli qəhrəmanlardan birinə çevirmişdir.
İngilis tarixçi və yazar John Man kitabda Səlahəddin Əyyubininin həyatını uşaqlıq illərindən ölümünə qədər çox fərqli üslubda təsvir etmişdir. Müəllif Səlahəddinin hakimiyyətə necə gəldiyini, yürütdüyü siyasət ilə parçalanmış müsəlman torpaqlarını necə birləşdirdiyini və nəhayət ən böyük zəfəri Qüds şəhərini necə azad etdiyini detallı formada gözlərinizdə canlandırır.
Bu gün Yaxın, Orta Şərqdə baş verənləri daha yaxşı başa düşmək, hadisələrə tarixin daha geniş pəncərəsindən baxmaq üçün bu kitab əvəzolunmaz mənbədir. Həmçinin müsəlman dünyasının ən böyük qəhrəmanlarından olan Səlahəddin Əyyubinin həyatını qərbli tarixçi və yazarın qələmindən oxumaq xüsusilə maraq yaradır.
Dünyaca məşhur ingilis tarixçi və yazar John Man əvvəllər “Reuters” agentliyində jurnalist kimi fəaliyyət göstərib. 1941-ci ildə doğulmuş yazar dünyanın bir çox dillərinə tərcümə olunmuş 20-ə yaxın tarixi əsərin müəllifidir.
Üstünlüklər:
İlhamverici
Qüsurlar:
Qüsur bəzi yerlərdə hərif səhvləri var
Mətni nəzərdən keçirin:
Açığı "Görkəmli İnsanların Həyatı" ən çox sevdiyim kitab seriyalarındandır. Bu seriyadan Stalin, Napoleon, Səlahəddin, Taleyran, Beriya, Çe Gevara kitablarını tam bitirmişəm indi Nadir şahı, Jozef Fuşe, Jül Vern və Mariya Antuanetta kitablarını oxumağa başlayacağam. Yəni irad bildirməyə ehtiyac yoxdur. Amma çox istərdim bu gün kitab seriyasına Mao Zedanq, Vladimir İliç Lenin və Fidel Kastro kimi şəxsiyyətlərin də həyatını bu kitab seriyasına əlavə etsinlər.
O ki qaldı əsərə əsər gözəl birmənalı yazılıb oxuculara tövsiyə edərəm.