Qədim Yunan filosofu və alimi Aristotel (e.ə. 384-e.ə. 322) geniş və çoxcəhətli yaradıcılığa malik olub məntiq, psixologiya, təbiətşünaslıq, etika, siyasət, tarix, ritorika və poeziyaya aid əsərlər yazmışdır. Antik dövrün bu universal zəka sahibinin əsrlərdən bəri məzmun dərinliyi və təravətini itirməyən qiymətli əsərlərindən biri də “Poetika”dır. Kiçik həcmli olmağına baxmayaraq, bəhs etdiyi bədii sənət məsələlərində, estetik fikir tarixində heç bir nəzəri məktəb və ya cərəyanın yan keçmədiyi əsərdə “Poetika” anlayışı müasir mənasından fərqlənir və özündə “yaradıcılıq”, “bədii yaradıcılıq sənəti” məzmununu ehtiva eləyir.
Bütün “Poetika” boyu Aristotelin diqqət mərkəzində dayanan başlıca məsələlərdən biri də faciə problemidir. Əsərdə faciə ilə bağlı görüşlərin spektri faciənin mənşəyi və inkişafı, tərkib hissələri, eposla ümumi və fərqli cəhətləri, fəci təmizlənmə (katarsis) və s. haqda fikirləri əhatə edəcək qədər genişdir.
ISBN:
2001165134638
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Aristotel
Səhifə sayı:
144
Dil:
Azərbaycan
Seriya:
Mini Klassika
Метка:
Ekspress
Наличие товара:
есть в наличии
Məhsul haqqında rəylər 2
"Poetika" onun dramaturgiya və şeirlərin yer aldığı əsəri olaraq tanınır ən maraqlı əsərdir zənnimcə.
Qadın yunan filosofu Aristotelin bu məşhur Poetika əsərini həmişə oxumaq istəmişəm. Nəhayət ki bu gün oxumağa başladım. Çox bəyəndim. Hərtərəfli, inkişafetdirici, öyrədici dərin məzmunlu bir əsərdir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar