Onların ortaq heç nəyi yoxdur.
Luiza Klark adi bir həyat yaşayan, öz balaca kəndindən bir addım belə qırağa çıxmayan sadə qızdır. O, işə olan ehtiyacı üzündən qəza nəticəsində ömürlük əlil arabasında yaşamağa məhkum olmuş Uill Treynora baxmaq məcburiyyətindədir. Uill hər zaman dəbdəbəli həyat yaşayıb. Bütün həyatı ekstremal idman növlərində, dünya səyahətlərində keçib – indi isə bu cür yaşamağa davam gətirməyəcəyinə əmindir…
“Səndən öncə mən” “Sevdiyiniz insanı onun sizin qəlbinizi qırdığını bilə-bilə necə xöşbəxt etməli?” sualına cavab verən romantik romandır.
Sevginin gücünü və səmimiyyətini hiss etdirən bir əsərdir. Hadisələr həyati və təsirlidir, personajlar isə unudulmazdır. ❤️👍
Kitabı çox bəyəndim, müəllifin dili axıcı və hekayəsi çox təsirli idi. Əli və Ninonun xidmətindən də razı qaldım.
Kitab mənə sevgini yenidən hiss etdirdi. Yazıçının dili çox axıcı və təsirlidir. Oxumaqdan zövq aldım.
Sifarişimin gecikməməsi üçün xüsusi qayğı göstərdilər. Bu diqqət məni çox sevindirdi. Təşəkkür edirəm.
Bu kitab məni tamamilə özünə çəkdi. Oxumağa başladığım andan bitirənə qədər əl çəkmədim.
Həqiqətən, deyildiyi kimidir, mükəmməl əsərdir.
Bu kitab həqiqətən də yaddaşımda bir iz qoydu. Yenidən eyni maraqla oxuyaram👍👍