“Göy yaqut” ingilis detektivinin ustası Artur Konan Doylun ən maraqlı hekayələrindən biridir. Şerlok Holms və onun dostu doktor Uotson əllərinə keçən qara rəngli, köhnə və çirkli şlyapanın vasitəsi ilə çox qiymətli bir daşın oğurlanmasına dair müəmmalarla dolu bir hadisəni təhqiq edirlər. Bütün dövrlərin xəfiyyəsi Şerlok Holms müşahidəçilik qabiliyyətinin gücü ilə növbəti cinayətin üstünü açır. Doktor Uotson Milad bayramı münasibətilə Şerlok Holmsu təbrik etmək üçün onun yanına gəlir. Şerlok Holms ona köhnə şlyapa və Milad bayramı üçün alınmış qaz haqqında danışır. Şerlok Holms “Kosmopoliten” otelində çox qiymətli bir zinət daşının oğurlandığını bilir. Cinayətkar bu daşı bacısının saxladığı qazlardan birinin çinədanında gizlədir. Və bu qaz təsadüfən Şerlok Holmsun əlin düşür. Xəfiyyə cinayətin üstünü açsa da, canini sərbəst buraxır. Detektiv həvəskarları kitabda həmçinin Artur Konan Doylun Şerlok Holmsun macəraları silsiləsindən indiyə qədər azərbaycan dilində nəşr edilməmiş “Dodağı çapıqlı adam”, “Alabəzək lent”, “Mühəndisin barmağı”, “Məşhur subay”, “Beril tac”, “Qırmızı fıstıq”, “Gümüş”, “Sarı sifət” hekayələrini də oxuya biləcəklər.
Məhsulun kodu:2000923235303
Janr:
Detektiv
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Artur Konan Doyl
Səhifə sayı:
320
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər7
Dedektiv janrının fanatıyam və bu kitab məni çox təsirləndirdi. İpucular və hadisələrin inkişafı insanı sona qədər maraqda saxlayır.
Şerlok Holmsun inanılmaz məntiqi və hadisələrin sonunda həqiqətin üzə çıxması məni valeh etdi. Əsər möhtəşəm!👍🏻👍🏻
Əsər məni heyran etdi. Hadisələr çox yaxşı qurulmuşdu və obrazların hisslərini dərindən hiss etdim.
Bu kitabı oxuyarkən özümü hadisələrin içində hiss etdim. Müəllifin təsviri çox canlı idi və süjet xətti məni hər an maraqda saxladı.
Dedektiv romanları oxumaq mənim üçün həmişə bir sərgüzəştdir. Qəhrəmanlarla birlikdə ipuclarını izləmək çox maraqlıdır. Oxumaqdan yorulmadım.
Hadisələrin gedişi çox maraqlı idi. Hər səhifədə yeni bir sirr açılırdı. Möhtəşəm idi!
Detektiv kitab oxumaq mənim üçün böyük həzzdir. Hər bir hekayə gərgin və maraqlıdır.
şərhlər7