Sevmək çox asan olsa da həmişə sevgi ilə qalmaq əsl hünər tələb edir!
Gündəlik həyatın çətinlikləri fonunda yorulmadan, bezmədən sevginin ilk təravətini qoruyub saxlamaq üçün nə etməli?
"Sevginin beş dili" kitabı həm praktikanı təqdim edir, həm də çox dərin izlər buraxır. Kitab qarşılıqlı münasibətləri analiz edərək hər cütlük üçün lazım olan müdrik və dəyərli məsləhətlər verir.
Bu kitab mənə çox şey öyrətdi. Həyata və özümə baxış bucağımı dəyişdirdi. Hər səhifədə özünü inkişaf etdirmək üçün yeni bir motivasiya tapdım.
Bahar Əfəndiyeva
30.09.2024 в 19:06
Oxuduqca həyatıma və problemlərimə yeni baxış bucağından baxmağa başladım. Özünüinkişaf üçün mükəmməl bir kitab.
Rəhimə Səmədli
05.09.2024 в 22:48
Maraqlı və qeyri-adi kitabdır. Oxumağa dəyər.
Fərqanə
13.08.2024 в 20:07
Kitab haqqında qısaca onu deyim ki, möhtəşəmdir.
Səbinə Həmidova
12.08.2024 в 16:35
Çox maraqlı və qeyri-adi kitabdır. Axıcı və sadə dili ilə, nümunələrin də verilməsi çox xoşuma gəldi. Münasibətləri yaxşılığa doğru inkişaf etdirmək üçün mükəmməl kitabdır.
Ramidə
31.07.2024 в 11:03
Sevgi mövzusunda yazılan bu kitab mənə çox təsir etdi. Oxuduqca öz davranışlarımı və hisslərimi daha yaxşı anladım. Sizə də tövsiyə edirəm.
Ceyla
21.07.2024 в 21:16
Sevgi, sevgi münasibətləri haqqında oxuduğum ən möhtəşəm kitablardan biridir. 👍👍👍👍👍👍👍👍👍👍
Rəna
04.07.2024 в 11:58
Kitabın verdiyi məsləhətlər çox dəyərlidir. Onları həyatımda tətbiq edərək daha xoşbəxt və məmnun yaşamağa başladım. Hər ailəyə tövsiyə edirəm.
Nərminə Məmmədova
31.05.2024 в 15:38
Bu kitab mənim emosional zəifliklərimi aşmağa kömək etdi. Artıq daha balanslı və sakitəm. Çox faydalı kitabdır.
Həlimə
22.05.2024 в 12:02
Duyğusal zəkamı artırmaq üçün bu kitab çox faydalı oldu. Özümə və başqalarına daha yaxşı anlayış göstərirəm.
Tamella Ağayeva
02.05.2024 в 15:40
Kitab insanın daxili dünyasını anlamaq və başqalarını anlamaq üçün dəyərlidir. Mənim üçün özümü və digərlərini daha yaxşı anlamaq vacibdir. Xüsusəndə sevgi münasibətimdə qarşımdakı insanı anlamaq istəyirəm və bu da mənim üçün faydalı oldu. Oxumağı düşünən hər kəsə tövsiyə edirəm. Hər birinizin sevgi ilə qalması diləyi ilə.
İlhamə Aydınlı
25.03.2024 в 16:48
Kitabın içindəki psixoloji məlumatlar çox təfərrüatlı və aydınlatıcı idi. Yazarın insan psixologiyası ilə bağlı təhlili çox dərinlikli idi.