“Yalnız uşaqlar nə axtardıqlarını bilirlər”, – deyirdi Eqzüperi. Biz bu həqiqəti “Şirin portağal ağacım”da balaca Zezenin timsalında görürük. Zeze kasıb bir ailənin dəcəl uşağı olsa da, qəlbi günəş kimi parlaq və insan sevgisiylə doludur. Beşyaşlı uşağın vaxtından tez ağrı-acı ilə üzləşməsi, ətrafındakılara həssaslığı, onların iztirablarını dərindən hiss etməsi, dostluqdakı sədaqəti insanı heyrətləndirir. Onun zəngin xəyal dünyası uşaq məsumluğu ilə birləşib böyüklərin zamanla itirdiyi bir paklığı yaşadır bizə. Vaskonselos on iki günə yazdığı bu roman haqqında, “iyirmi ildən çox idi ki, ürəyimdə daşıyırdım”, – deyirdi. Nəşr olunduğu ildən bəri təkcə Braziliyada 150 dəfədən çox nəşr olunan, 2 milyondan çox satılan, 24 dilə çevrilən “Şirin portağal ağacım” orijinaldan, portuqalcadan tərcümə ilə Azərbaycan oxucusuna təqdim edilir.
ISBN:
9789952525687
Janr:
Roman
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Bərk
Müəllif:
Jose Mauro De Vasconcelos
Səhifə sayı:
248
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
uşaq və gənc ədəbiyyatı arasındakı o incə xəttdə yazılmış əsər. həyatı dərk etməyən biri üçün möhtəşəm başlanğıc yarada bilər. ölmədən mütləq oxunulacaq kitablardandır. bir sözlə, möhtəşəm..
Zeze və onun dünyasına aparan əsər,kitabın sonunda insanı fərqinə varmadan gözyaşlarına boğur
Bənzər məhsullar
Bununla birlikdə alırlar