Olduqca praqmatik insan olan Nell Sullivanı hər kəs “Miss beşillik plan” adlandırır. Hər şeyi ən incə detalı ilə ölçüb-biçdiyindən və həyatda heç bir işi plansız görmədiyindən hamı onu belə çağırır. Amma günlərin bir günü işdən xaric olunan Nell həyat tərzini, ümumiyyətlə, həyatını kökündən dəyişməyə qərar verir. Qəhrəmanımız heç bir plan qurmadan özünü həyatın axınına buraxır. İşdən ayrıldığı üçün aldığı təzminat pulu ilə vətəni İngiltərədən uzaqlara – San-Fransiskoya səyahət etmək qərarına gəlir. Orada bir-birindən maraqlı, rəngarəng insanlarla tanış olur. Ən əsası isə təsadüfən qarşısına çıxan yaraşıqlı Maks Rossiyə vurulur. Tezliklə özünü yad şəhərdə deyil, ikinci vətənində hiss edir. Evə – doğulub boya-başa çatdığı Londona qayıtmaq zamanı gəlib çatdıqda qəhrəmanımız çətin seçim qarşısında qalır. Nell yenidən öz köhnə həyat tərzinə dönəcəkmi? Bağlandığı San-Fransiskonu, oradakı dostlarını, ən əsası isə orada qoyub gəldiyi məhəbbətini unuda biləcəkmi?
Romantik, təsirli və zövqoxşayan əsər olan “Sirrini mənə aç”ı oxuduqca qəhrəmanımız Nell Sullivanla birlikdə güləcək, ağlayacaq və sonda uğurlarına sevinəcəksiniz...
ISBN:
9789952520873
Janr:
Roman
Nəşriyyat:
Yay
Cild:
Yumşaq
Müəllif:
Miranda Dikinson
Səhifə sayı:
552
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 4
Müəllifin dili çox sadə və təsirli, bu da kitabı hər kəs üçün əlçatan edir. Mövzu isə çox fəqlidir. Mən sevə-sevə oxudum.
Kitabda hər şey var - sevgi, dram, həyəcan. Süjet elə qurulub ki, sanki bütün bu hadisələr öz başıma gəlir. Hər səhifədə yeni bir maraqlı olay. Hər kəsə oxumağı məsləhət görürəm.
Yazarın təsviri çox güclüydü. Hər cümlədə sanki o məkanın, hadisələrin içində idim.
Nə həvəslə almışdım bu kitabı. Amma hayıf ki, çox təəssüf hiss ilə bildirmək istərəm ki, tam bir mənasız vaxt itkisidir bu kitab. Sadəcə oxumağa başladığım heç bir kitabı yarıda qoya bilmirəm (sonuna kimi oxuyuram ki, bəlkə sonda nəsə olacaq) deyə axıra kimi oxudum. Kitabın arxasında yalandan yazılan şişirtmə sözlərə inanmayın. İnanın ki, bu kitabı hazırlamaq üçün istifadə olunan ağaclara və kağızlara hayıfım gəlir. Bir qızın Londonda işdən qovulmağı, Amerikaya getməyi orda sülənməyi, sonra isə yenidən Londona gəlib yeməkxana açmağı ilə bağlı bir kitabdır. Heç bir məna yoxdur. Kitab niyə yazılıb nəyə xidmət edir, insanlığa nə çatdırmaq istəyir bilmirəm. Heç sonda anlamaq da olmur ki, yeməkxana Londonda açılır yoxsa Amerikada. Yenə də zövq mələsidir. Mənim şəxsən heç xoşuma gələmədi və özümə borc bildim ki, bunu oxumaq istəyənlərlə bölüşüm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar