Aljir, SLON, Sibir... Kim ki Vətən-millət dedi, kim ki Azərbaycan dedi, yurdundan-yuvasından didərgin düşdü, güllələndi, sürgün olundu, mühacirətə üz tutdu. Bu şəxslər son nəfəslərinə qədər Azərbaycan naminə, onun istiqlaliyyəti üçün mübarizə apardılar, çalışıb-vuruşdular. Bir çox Vətən sevdalısını qara kölgəsi altına alan məşum 1937-ci ilin bir gecəsi Əhməd Cavad və Şükriyyənin də qapısı döyüldü. İztirablı günlər başladı... Cavada qarşı ağır ittihamlarla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyə də həbs olundu, təzyiqlərə məruz qaldı. Bir gün onun qarşısına sənəd qoyuldu, “imzala, canını qurtar”, – dedilər. O isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Dörd övladından ayrı və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJİR düşərgəsinə sürgün olundu. Zərif qadın çiyinləri bu qədər ağır yükə tab gətirəcəkmi? Roman knyaz qızı Şükriyyənin – Əhməd Cavadın vəfalı yoldaşının zəmanəyə, onun iti caynaqlarına qarşı necə mübarizə aparmasından bəhs edir. Şükriyyənin öz sevgisinə sadiq qalması, qadınlıq vüqarını, izzətini qoruyub saxlaması yolunda göstərdiyi misilsiz fədakarlıqlar, çəkdiyi əziyyətlər insanı riqqətə gətirir. Bu əsər, eyni zamanda Əhməd Cavad və Şükriyyənin sevgi dastanıdır. Yazıçı Ülviyyə Tahir bu dəfə də tarixi faktlar əsasında bir ALJİR qəhrəmanının həyatına işıq salır.
ISBN:
									9789952525922
								Janr:
									Bioqrafiya
								Nəşriyyat:
									Parlaq İmzalar
								Cild:
									Yumşaq
								Müəllif:
									Ülviyyə Tahir
								Səhifə sayı:
									264
								Dil:
									Azərbaycan
								Метка:
									Ekspress
								Məhsul haqqında rəylər 1
Səni nə üstdə tutmuşdular ki?
—Eşq üstündə.
—O da qadağandır?
—O hər zaman qadağandır.
Represiyya haqqında yazılmış ən yaxşı kitabdır deyə bilərəm.
—Eşq üstündə.
—O da qadağandır?
—O hər zaman qadağandır.
Represiyya haqqında yazılmış ən yaxşı kitabdır deyə bilərəm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar
 
		 
