Absurd bir həyat yaşayan, balacalığından digər uşaqlardan fərqlənən, onların oyunlarına qatılmayan, işi-gücü məktəb daşlarını saymaq olan, rəqsdə partnyoru olmadığına görə yarım saat qız, yarım saat oğlan roluna girən Matea artıq yaşlansa belə, hələ də “yaşadığını” hiss edə bilmir. Matea cəmiyyətdən o qədər təcrid olunub ki, hətta əli qanayanda, onun üçün təcili yardım maşını gələndə, kiməsə saatı deyəndə sevinir... O, daim əlləşdiyi ölüm kimi ağır mövzuya ironiya ilə yanaşır. Skumsvold Mateanın timsalında cəmiyyətin iztirabını toy-bayram kimi təsvir edir. Əsərdəki qısa, ancaq dərin cümlələr, daxildəki ekzistensial düşüncə axını insanı qəfil yaxalayır və onu öz varlığı, həyatı haqqında sorğu-sual aparmağa təşviq edir. Skumsvold sentimentallığa əl atmadan insanlar arasındakı yadlaşmanın, nihilizmin, müasir cəmiyyətlərin düşdüyü etinasızlıq böhranının faciəvi cəhətlərini minimalist bir dillə ifadə edir.
ISBN:
9789952525168
Janr:
Roman
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Şerşti Skumsvold
Səhifə sayı:
168
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar