Bu kitab Mürtəza Mütəhhərinin Teizm mövzusunda etdiyi on altı çıxışının və həmin seminarda iştirak edən alimlərlə elmi diskussiyalarının məhsuludur. Kitab kifayət qədər maraqlı, dövrü üçün yeni olan mövzularla zəngindir. Kitabın birinci hissəsində Allahın varlığının isbatı üçün konkret olaraq üç yol göstərilir və bu yollar ətrafında ayrı-ayrılıqda geniş elmi, fəlsəfi müzakirələr aparılır, güclü dəlillər irəli sürülür. Kitabın ikinci hissəsində isə diqqət çəkən mühüm mövzu teizm və təkamül nəzəriyyəsi haqqındakı müzakirələrdir. Bu mövzuda Mütəhhəri bir çox İslam alimlərindən fərqli olaraq yeni, maraqlı yanaşma ortaya qoyur; o sübut edir ki, əslində Allahın varlığı mövzusu ilə Darvinin təkamül nəzəriyyəsi heç bir halda toqquşmur, təkamül nəzəriyyəsini əsas alaraq Allahı inkar etmək isə absurd və əsassız bir yanaşmadır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN:
9789952547016
Janr:
Fəlsəfə
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Mürtəza Mütəhhəri
Səhifə sayı:
408
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar