Yakov İliçovun bu romanında 1920-ci illərin əvvəllərində gənc Sovet hökumətinin xarici siyasətinin mühüm bir mərhələsi öz real bədii əksini tapmışdır. Partiya MK-sının, şəxsən Leninin tapşırığı ilə Ukraynanın baş komandanı M.V.Frunzenin başçılığı altında sovet nümayəndə heyəti istiqlaliyyət uğrunda çarpışan türk xalqına köməklik göstərmək üçün Ankaraya gedir, milli azadlıq hərəkatına rəhbərlik edən Mustafa Kamalla görüşür, onunla danışıqlar aparır. O dövrün çətinlikləri, ziddiyyətləri, ictimai-siyasi mühitin keşməkeşləri, beynəlxalq toqquşmalar, Antanta təhlükələri “Türkiyə karvanı”nda inandırıcı şəkildə şərh olunur. Əsərdə soydaşımız, ilk sovet diplomatlarından biri, Azərbaycanın Ankarada ilk səfiri İbrahim Əbilovun maraqlı surəti yaradılmışdır.
ISBN:
2001235314632
Janr:
Tarix
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Yakov İliçov
Səhifə sayı:
576
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Əsər sovet dövrü Azərbaycan ədəbiyyatının mühüm əsərlərindən biridir. Kitab Türkiyəyə gedən bir karvan səfərindən bəhs edərkən, sovet cəmiyyətini və dövrün ideoloji qarşıdurmalarını kritik prizmadan, səyahət zamanı yaşanan hadisələr və qarşılaşdığı müxtəlif situasiyalar ətrafında təqdim edir. İliçov yaradıcılığında öz sosial tənqidini səyahət, mədəni fərqlər və insan münasibətləri vasitəsilə oxucuya çatdırır.
Bənzər məhsullar
Bununla birlikdə alırlar