Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−15%

Uğurlu insanlar günə necə başlayır

Nəşriyyat: Teas Press
Artikul: 9789952532449
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
8.42 AZN
9.90 AZN
Qənaət 1.48 AZN
Onlayna özəl qiymət

Mari Kondo gün ərzində rahat olmaq və diqqətini işinə cəmləşdirə bilmək üçün evdən çıxmamışdan əvvəl otaqları əlüstü sahmana salır. “Pixar” və “Walt Disney” cizgi film studiyalarının prezidenti Ed Kətmell üç porsiya espressonu üç çay qaşığı kakao tozu ilə qarışdırır və iki ədəd şəkərəvəzedici əlavə edir. Fitnes məşqçisi Cillian Maykls zəngli saat qurmur, çünki beş yaşlı oğlu anasını qucaqlamaq üçün hər səhər onun yatağına atılır.  ugurlu insanlar gune nece baslayir

Mövcud deyil0

Səhər rejiminiz və bu zaman üstünlük verdiyiniz seçimlər nəticəsində gününüzün qalan hissəsi ya məhsuldar və rahat, ya da xaotik və yorucu keçir.

Mari Kondo gün ərzində rahat olmaq və diqqətini işinə cəmləşdirə bilmək üçün evdən çıxmamışdan əvvəl otaqları əlüstü sahmana salır. “Pixar” və “Walt Disney” cizgi film studiyalarının prezidenti Ed Kətmell üç porsiya espressonu üç çay qaşığı kakao tozu ilə qarışdırır və iki ədəd şəkərəvəzedici əlavə edir. Fitnes məşqçisi Cillian Maykls zəngli saat qurmur, çünki beş yaşlı oğlu anasını qucaqlamaq üçün hər səhər onun yatağına atılır.

Bir hissəsini təlimat, bir hissəsini isə şəxsi həyatla bağlı müsahibələrin təşkil etdiyi “Uğurlu insanlar günə necə başlayır” kitabının müəllifləri üçqat olimpiya çempionu Rebekka Soni, “Twitter” şirkətinin həmtəsisçisi Biz Stoun və general Stenli MakKristal da daxil olmaqla, müasir dövrün 64 ən uğurlu insanı ilə söhbətlər aparıb, düzgün səhər rejiminin təşkili ilə bağlı tövsiyələr veriblər.

Bəzi insanların rejimi erkən səhər idmanından və sadə həyat tərzindən ibarət olsa da, bəzilərininki daha rəngarəng, əyləncəli və həzzvericidir. Lakin bu insanların ortaq xüsusiyyəti ondan ibarətdir ki, heç biri səhər rejimini əziyyət və ya iş yükü kimi qəbul etmir. Özünə uyğun olan və düzgün rejimi yarada bilən hər kəs səhərini sevinclə açır.

Bu müfəssəl təlimat kitabı məhz özünüzə uyğun olan rejimin təşkili və gündəlik həyatınızı asanlaşdıran vərdişlərin yaradılması yollarını izah edir. Binanın möhkəmliyi və davamlılığı onun təməlindən asılı olduğu kimi, günümüzün məhsuldar keçməsi və verdiyimiz qərarların düzgünlüyu də səhər rejimimizdən asılıdır. Razılaşsanız da, razılaşmasanız da, səhər vərdişlərimiz günümüzün təməlini təşkil edir.

Əgər məhsuldarlığınızı artırmaq, idman və ya meditasiya ilə məşğul olmaq, yaxud sadəcə olaraq, səhər əzginliyinin öhdəsindən gəlmək istəyirsinizsə, bu kitab çox köməyinizə çatacaq.

ISBN:
9789952532449
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Bencamin Spoll, Maykl Ksander
Səhifə sayı:
392
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 6
MT
Musazadə Türkay
14.10.2024 в 21:02
Həyatimda daha çox müsbət dəyişiklik etmək istəyirdim, amma necə başlayacağımı bilmirdim. Bu kitab mənə o yolu göstərdi.
Rövşən
26.08.2024 в 21:55
Gözlədiyimdən də çox xoşuma gəldi. Əla kitabdır.
SE
Sevda
14.07.2024 в 08:38
Xoşuma gəldi 👍. Kitabın məzmunu çox zəngin və təsirlidir. Oxumağa dəyər. ❤️😍
Vüsalə İlyasova
11.07.2024 в 20:50
Kitabın təsirliliyi və müəllifin təcrübəsi çox maraqlı idi. Özümə və başqalarına daha anlayışlı yanaşmağa başladım. Həmçinin işlərimi də daha uğurlu formada idarə edirəm.
Kərim
02.07.2024 в 14:49
Kitab mənə özümə qarşı daha mərhəmətli olmağı öyrətdi. Psixoloji vəziyyətimdə böyük yaxşılaşmalar gördüm.
5 / 5
5 ulduz 6 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 0
Bənzər məhsullar
7.99 AZN 9.99 AZN
Milyon dollarlıq vərdiş
ədəd
3.99 AZN 4.99 AZN
101 satış
ədəd
11.12 AZN 13.90 AZN
Startap sənəti 2.0
ədəd
Bununla birlikdə alırlar
4.79 AZN 5.99 AZN
Yatağını düzəlt
ədəd
11.19 AZN 13.99 AZN
Sağlam cəmiyyət
ədəd