Məşhur ispan filosofu və kulturoloqu Xose Orteqa-i-Qassetin “Universitetin missiyası” adlı fundamental əsəri universitet təhsilinin səciyyəvi mədəni və sosial təcrübə kimi öyrənilməsinə həsr olunmuş klassik tədqiqatdır. Bu kitabın nəşrindən keçən yetmiş il ərzində orada ifadə edilmiş fikirlər nəinki əhəmiyyətini itirməmiş, hətta aktuallığını daha da artırmışdır.
Əsərin dilimizə tərcüməsi ali təhsilin müasir vəziyyətinin, eləcə də onun gələcək inkişafının mümkün yollarının dərk olunmasında mühüm bir addım hesab oluna bilər. Kitab universitet təhsili problemləri ilə məşğul olan tədqiqatçılar, ali təhsil müəssisələrinin müəllimləri, təhsil sistemi menecerləri, yeni təhsil sistemlərini layihələndirən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.