Körpələriniz gecə yaxşı yatmır, qonaqlıqda, orada-burada dəcəllik edir, yeməyini yemir və həyatınızı cəhənnəmə çevirirlərsə, əmin olun, siz tək deyilsiniz! Körpəsi olan bütün valideynlərin bunu yaşamalı olduğunu düşünürsünüzsə, bir daha götür-qoy edin. Amerikalı ana Pamela da Fransaya köçənə qədər belə düşünürdü. Lakin o, Fransadakı restoranlarda uşaqların ağlamadığını, valideynləri ilə eyni şeyləri yediyini, gecələr yuxudan oyanmadığını, ata-analarına qulaq asdığını görəndə bunun sirrini öyrənmək qərarına gəlir və bu məlumatlandırıcı və əyləncəli kitabı yazır. Siz də uşağınızı fransız kimi böyüdün və həyatdan zövq alın!
Amerikalı yazıçı və jurnalist Pamela Druckerman 1970-ci ildə doğulmuşdur. Hal-hazırda ailəsilə birlikdə Fransada yaşayır.
ISBN:
9789952368352
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Pamela Druckerman
Səhifə sayı:
288
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 10
Uşaq tərbiyəsində müasir metodlardan bəhs olunur. Çox dəyərli məlumatlar var.
Uşağınızı fransız kimi böyüdün kitabından çox maraqlı üsullar öyrəndim. Praktik və asan tətbiq ediləndir. Artıq həyatımızda daha rahatlasıb.
Fransız tərbiyə üsulları ilə tanış olmaq istəyən valideynlər üçün faydalıdır. Uşaqların sərbəst və eyni zamanda qaydalı böyüməsi mövzusuna toxunur. Mən özümdə iki uşaq anasıyam. Əsasən analara məsləhət bilirəm, oxusunlar.
Məncə hər bir valideynin oxumalı olduğu kitablardan biridir. Sadə və axıcı dili sizində ürəyinizdən xəbər verəcək.
Son zamanlarda oxuduğum əənnnn maraqlı və faydalı kitablardan biridir. Sizə də tövsiyə edirəm, oxumağa dəyər..
Kitabın məzmunu çox zəngin və faydalıdır. Uşaqların tərbiyəsi ilə bağlı bir çox praktiki məsləhətlər var idi. Hər bir valideynə tövsiyə edirəm.
Bu kitabın ən sevdiyim cəhəti, həyatda qarşılaşdığım problemlərə praktik həllər təqdim etməsi idi. Uşağımın inkişafını dəstəkləmək üçün bir sıra təcrübələrdən faydalandım. Mənim üçün ən yaxşı investisiya oldu!
Hər bir anaya oxumağı tövsiyə edirəm. Kitabın dili sadə və anlaşıqlıdır. Həmçinin real təcrübələrin verilməsini daha çox bəyəndim. Bu təcrübələri tətbiq etməkdə rahatdır. Kitabı çox diqqətlə, qeyd götürərək oxudum. 👍👍👍
Maraqlı və tam səmimi şəkildə yazılmış bir kitabdır
Bu, uşaqların tərbiyəsi üçün praktik və ruhlandırıcı bələdçidir. Müəllif fransız valideynlik tərzini müzakirə edir və valideynlərin uşaqlarını tərbiyə edərkən əməl edə biləcəkləri bəzi məsləhətlər verir. Kitab təkcə uşaqların davranışlarına deyil, həm də ailə dinamikasına diqqət yetirməklə ailələrə uşaq tərbiyəsində sağlam tarazlıq tapmağa kömək edir.
Druckerman mühüm mesaj verir ki, uşaqlar yalnız nizam-intizam və qaydalarla deyil, həm də azadlıq və məsuliyyətlə böyüdülməlidirlər. O, həmçinin fransız valideynlik üslubunun altında yatan mədəni və sosial elementləri aydınlaşdırmaqla fərqli bir perspektiv təklif edir. Bu kitab valideynlərə uşaqları böyütməkdə fərqli bir perspektiv əldə etməyə və öz valideynlik tərzlərini nəzərdən keçirməyə imkan verir.
Druckerman mühüm mesaj verir ki, uşaqlar yalnız nizam-intizam və qaydalarla deyil, həm də azadlıq və məsuliyyətlə böyüdülməlidirlər. O, həmçinin fransız valideynlik üslubunun altında yatan mədəni və sosial elementləri aydınlaşdırmaqla fərqli bir perspektiv təklif edir. Bu kitab valideynlərə uşaqları böyütməkdə fərqli bir perspektiv əldə etməyə və öz valideynlik tərzlərini nəzərdən keçirməyə imkan verir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar