www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Latın Amerikasının görkəmli yazıçılarından biri olan çilili Roberto Bolanyo XX əsrin son dövrünə möhürünü vurmuş və stereotipləri dağıtmış əsərləri ilə tanınır. Tənqidçilərin ən mühüm əsəri hesab etdikləri, avtobioqrafik səciyyəli “Vəhşi xəfiyyələr” romanında varlığı şübhə doğuran gizli ədəbi hərəkatdan qalma iki şairin ölkədən-ölkəyə, əsərdən-əsərə tragikomik macəralarından söz açılır. Roman bir tərəfdən dövrün şeir və ədəbi müzakirələrindən bəhs edir, digər tərəfdən isə ictimai münasibətləri təhlil edir. Bolanyo “Vəhşi xəfiyyələr”ə “öz nəslimə yazdığım sevgi məktubu” kimi tərif verir. “Bizim nəsil bütün gənclər kimi axmaq və səxavətli idi: əlimizdə olan hər şeyi verir, əvəzində isə heç nə gözləmirdik. İndi bizdən heç nə qalmayıb... Cəsədlərimiz Latın Amerikası torpağındadır”, – desə də əsəri ilə həmin şəxslərə yenidən həyat verir.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər