Həmişə qəzəbli olduğumuz anlarda “xırda şeylər”i beynimizdə canlandırıb, həqiqətən də “böyük məsələ” həddinə çatdırırıq. Guya haqlı çıxmağımız xoşbəxtliyimizdən daha əhəmiyyətlidir. Lakin heç də belə deyil. Əgər daha sakit həyat keçirmək istəyirsinizsə, haqlı sayılmağın özünüzü xoşbəxt etməkdən daha vacib olmadığını başa düşməlisiniz. Xoşbəxtliyə gedən yol, mühakimələri bir kənara atıb, sevgi əlini uzatmaqdan keçir. Qoyun başqaları haqlı çıxsın. Bu sizin haqsız olduğunuz mənasına gəlmir. Hər şey yoluna düşəcəkdir. Siz işin ucunu buraxmaqla rahatlıq və haqlı olmaq növbəsini başqalarına ötürməklə sevinc hissi yaşayacaqsınız. Əlinizi uzadıb haqlılığı başqalarına verdikdə onlar da sizə qarşı daha az mühafizəkar davranıb, mehriban olacaqlar. Çox vaxt onlar da sizə əl uzadacaqlar. Amma əgər bu ehtimal özünü təsdiqləməsə də, qətiyyən ürəyinizə salmayın. Daha çox sevgi dolu bir dünya yaratmaq üçün öhdənizə düşəni etməklə qazandığınız daxili sakitlik sizə bəs edər.
ISBN:
2000923378345
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Richard Carlson
Səhifə sayı:
224
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 4
Bu kitab həyatımda əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Motivasiya və məhsuldarlıqla bağlı faydalı məsləhətlər var.
Gündəlik həyatda qarşılaşdığımız xırda problemlərə necə daha rahat yanaşmağı və stressi aradan qaldırmağı öyrədir, bu kitab. Həyatın xırda detalları üzərində çox düşünməmək, daha böyük mənzərəyə fokuslanmaq mesajı verir. Gündəlik həyatımızda tətbiq edə biləcəyimiz faydalı yanaşma tərzi sunur. Oxusasız çox şey qazaış olacaqsınız.
Bu kitab məni dərindən təsirləndirdi. Çox maraqlı və dolğundur. Əli və Nino komandası sizə də öz təşəkkürümü bildirirəm ki, kitabı dediyiniz vaxta çatdırdınız.
Müəllifin yanaşması və izah tərzi çox anlaşılan və məntiqli idi. Kitabı çox bəyəndim.
Bənzər məhsullar
Bununla birlikdə alırlar