İnsanlararası münasibətlərin ciddi transformasiyaya məruz qaldığı bir dövrdə ailə haqqında yanaşmalar da dəyişir. Bu təsisatın müxtəlif mədəniyyətlərdə yerini, bəşər tarixindəki rolunu, insanın şəxsi inkişafına təsirini nəzərə alanda ailə dəyərlərinin gələcəyi haqda narahat olmalıyıq.
Qarşınızdakı kitabda Hacı Şahin Həsənli son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorları təhlil edib, onlara çarə tapmaqla yanaşı, ictimai münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçid imkanları haqda da bəhs edir. Müəllifin fikrincə, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Əksinə, müxtəlif kritik hadisələrlə formalaşan müasir dünyada ailə təsisatına yeni məzmun verilməlidir. Kişi-qadın, valideyn-övlad münasibətləri üçün yeni formalar deyil, məhz yeni yanaşmalar düşünülməlidir.
ISBN:
9789952547221
Janr:
Psixologiya
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Hacı Şahin
Səhifə sayı:
112
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Boş vaxtlarımda bir az sakitləşmək üçün ən yaxşısı kitabdır. Özünü rahat hiss edirsən və eyni zamanda Hacının dəyərli fikirlərindən nəsə öyrənirsən.
Mənim qızım nışanlıdır. İnşallah yaxız vədədə izdivacı olacaq. Hacının bu dəyərli kitabını ona bağışldım. Qoy oxusun xöşbəxt ailə modelinin necə qurulduğunu anlamış olsun.
Allah makanı cənnət eləsin cox gözəl kitab hamıya oxumaqı məsləhət görəm cox gözəl kitabdır
Bənzər məhsullar
Bununla birlikdə alırlar