Mükəmməl kompaniyaya necə sahib olmaq olar? Məhz Jim Collinsin müəllifi olduğu “Yaxşıdan mükəmmələ doğru” kitabı bu suala əhatəli şəkildə cavab verir. Kitabda müəllif peşəkar komandası ilə birlikdə həyata keçirdiyi altı illik tədqiqatın nəticələri haqqında yazır. Bu illər ərzində mükəmməl kompaniyalar uğursuz kompaniyalarla müqayisə edildi. Gərgin araşdırma nəticəsində mükəmməl kompaniyalarda uğurun oxşar elementləri aşkar edildi: “İntizamlı insanlar”, “intizamlı düşüncə”, “intizamlı hərəkət” və “dişli çarx” effekti bir çox orta göstəricilərə malik kompaniyaların mükəmməl kompaniyalara çevrilməsi üçün uğurun açarı oldu.
İnanırıq ki, “Yaxşıdan mükəmmələ doğru” kompaniya rəhbərləri, biznes məsləhətçiləri, menecment ixtisası üzrə təhsil alan tələbələr və biznes sahəsində çalışan hər bir kəsin sevimli kitabına çevriləcək.
Məhsulun kodu:9789952367027
Janr:
Biznes
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Cim Kollins
Səhifə sayı:
350
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər2
Bu kitab məni iş fəaliyyətimdə daha müəyyən və qərarlı etdi. Onlar mənim işimlə bağlı strateji və planlamamda dəyişikliklər etməyə kömək etdi.
Bu kitab iş dünyasında qarşılaşdığım müxtəlif məsələlərə yeni baxış açıları gətirdi. Onların məsləhətləri məni inkişaf etdirdi və müvəffəq olmağa daha yaxın etdi.
şərhlər2