Ziq Ziqların atdığı hər bir addım enerji ilə doludur, onun söylədiyi hər bir söz insanı məna və xoşbəxtliklə dolu bir həyat yaşamağa səsləyir. Nyuport İndependent. Motivasiya üzrə ustad hesab edilən Ziq Ziqlar öz praktiki təlimləri və metodları ilə milyonlarla insana böyük təsir göstərmişdir. Ziqların uğur formulu vicdan, xarakter, inam, sədaqət və düzgünlüyə əsaslanır. O, mAilyonlarla satılmış kitablarında məhz bu formulları oxuculara aşılayır. “Zirvəyə aparan addımlar” kitabında yazıçı şəxsi inkişaf üçün vacib olan yeddi əsas prinsipdən danışır. Bu prinsiplər yorucu və ağır bir dillə deyil, çətinliklə üzləşmiş insanların həyat hekayələri ilə bəzənmiş və Ziqların insanı zirvəyə səsləyən böyük entuziazmı ilə təqdim edilmişdir. Onun zirvəyə getmək üçün təklif etdiyi bu yollarbaşqalarının həyatlarından, yaşadıqları təcrübələrindən, qətiyyətlərindən və yaradıcı fəaliyyətlərindən qaynaqlanmışdır. Ziqların insanlara çatdırmaq istədiyi mesaj budur: “Sən bunu bacara bilərsən, çünki mən bacarmışam və mən heç də səndən üstün deyiləm”.
ISBN:
9789952833881
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Ziq Ziqlar
Səhifə sayı:
232
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar