Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Azərbaycan çayı Alinino.az-da!

Çayın tarixi

Qədim tarixə və olduqca faydalı əhəmiyyətə malik sevilən içki növü çay ilk dəfə Qədim Çində istifadə olunmuş və indiki halına çatanadək çeyli dəyişiklik yaşamışdır. Hazırda dünyada çayın üyüdülmüş, ləçəkli, soyuq çay və s. Kimi formaları olduqca geniş yayılmışdır. İlk dəfə olaraq məhz çinlilər çay bitkisinin yarpaqlarından hazırlanmış məhlulun orqanizm üçün olduqca faydalı təsirə malik olduğunu kəşf etmiş və bu bitkini  geniş şəkildə becərməyə başlamışlar.

Çayın tarixində diqqət çəkən hadisələrdən biri də ilk dəfə ABŞ-da, 1908-ci ildə bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş paket çayların istehsalı oldu. Bu, çayın bir içki olaraq miqyasının daha da genişlənməsinə və inkişafına xeyli təkan verdi. Hazırda çayın yaşıl, qara, ağ növləri, müxtəlif meyvələrlə, ətirləndirici bitkilər və müxtəlif güllərlə olan çeşidləri süfrələri bəzəyir.

 

Çayın becərilməsi

Bu bitkinin böyüməsi üçün, kifayət qədər rütubətli isti bir iqlim tələb olunur. Çay sahələrinin əksəriyyəti tropik və ya subtropik iqlimi olan ərazilərdəki dağ yamaclarında yerləşir. Çayın ən çox istehsal olunduğu Çin, Hindistan və Afrikada ildə dörd dəfəyə qədər çay yığımı həyata keçirilir. Ən çox ilk iki məhsulun çayları bəyənilir. 

Çay yarpaqları əl ilə toplanır və çeşidlənir. Əla növ çaylar üçün ya açmamış, ya təzə açan tumurcuqlar ya da ən gənc yarpaqlar istifadə olunur, daha "qaba" çaylar yetişmiş yarpaqlardan hazırlanır. Yığıcıların işi olduqca ağır və monotondur: hazır qara çay və xam yarpağın kütlə nisbəti təxminən 1/4 qədərdir, yəni 1 kiloqram çay almaq üçün 4 kiloqram yarpaq yığmaq lazımdır. 

 

Çayın növləri

Mənşəyinə görə çaylar müxtəlif qruplara ayrılır. Bəzilər haqda qısa məlumat:

Çin - dünya çay istehsalının dörddə birindən çoxuna sahibdir, yaşıl və qara çaylar istehsal edir, eyni zamanda ağ və sarı çayların, ulun və Puer çaylarının istehsal olunduğu yeganə ölkədir.

Hindistan - dünyanın ikinci ən böyük çay istehsalçısıdır. Hindistanda çay istehsalı ixrac yönümlüdür, istehsal həcmi öz istehlakını xeyli üstələyir. 

Seylon - İstehsalçı - Şri Lankadır, dünya istehsal həcmindəki payı təxminən 9-10% -dir. Qara və yaşıl çay istehsal olunur, çay bitkisinin yalnız Assam çeşidi becərilir. 

Yapon - Yaponiya yalnız çay kolunun Çin çeşidindən yığılan yaşıl çay istehsal edir. 

Afrika -  Afrika çayları yalnız qara, doğranmış və ya dənəvər, orta və aşağı keyfiyyətli, yaxşı ekstraktlılığı və kəskin dadı ilə seçilir. 

 

 

Azərbaycan çayı

Azərbaycanda çayın vətəni Cənub zonası hesab edilir. Xüsusən Astara, Lənkaran, Masallı, Şimalda isə qismən Balakən, Qax və Zaqatala ərazisində müxtəlif növ çay bitkisi əkilib-becərilir, həmçinin istehsal edilərək satışa təqdim olunur.

Azərbaycanda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

Mütəxəssislərin araşdırmasına əsasən, Azərbaycanda orta hesabla hər il 10 min tondan artıq çay içilir. Çay, içki olaraq sadəcə sərinləşdirici və sakitləşdirici təsirə malik olmaqla yetinməmiş, Azərbaycan süfrələrinin əvəzolunmaz bəzəyinə çevrilmişdir.

 

Çay mədəniyyəti

Azərbaycanda çay mədəniyyəti qədim keçmişə və köklü ənənələrə sahibdir. Burada çay qonaqpərvərlik və qonağa hörmətin simvolu kimi xarakterizə edilir. Çayı xüsusi sinilərdə, armudu stəkanla süfrəyə təqdim etmək qədim ənənə hesab olunur. Azərbaycanlılar hesab edirlər ki, çay süfrəsi söhbətləşmək və istirahət etmək üçün ideal seçimdir. Hazırda Azərbaycan Qafqazın ən qədim çay ənənələrinə sahib ölkəsi hesab olunur.

Azərbaycanda çayı sadə formada dəmləməklə yanaşı, ona xüsusi ətirləndirici bitkilərlə əlavə tam qatmaq da geniş yayılmış ənənədir. Belə ki, Azərbaycan təbiətinin əvəzsiz incilərindən hesab olunan tam təbii məhsul olan kəklikotu, yarpız, itburnu, nanə, mixək və digər ətirləndirici bitkilərlə birgə dəmlənmiş halda təqdim edirlər. Limon çay süfrələrinin əvəzolunmaz elementi hesab olunur. Azərbaycan çayı süfrələrə əsasən armudu stəkanda, yanında limon və kəllə qənd olmaqla təqdim olunur. Bundan əlavə Azərbaycanda çay süfrəsində mürəbbə, şəkərbura, paxlava kimi şirniyyatlara da üstünlük verilir.

 

 

Çayın istifadə qaydası

Tərkibində olan kofein hesabına qara çay orqanizmə gümrahlaşdırıcı və tonuslandırıcı təsir göstərir, sakitləşdiri və zehni aktivləşdirir.

Çayın dadlı və ləzzətli olması üçün onun xüsusi dəmlənmə qaydasına riayət etmək olduqca vacibdir.

Bəs yaxşı çayı necə dəmləməli?

Quru çayı ağzı bağlı qabda, rütubət və günəşdən uzaq saxlamaq lazımdır. Çay dəmləyərkən çaydanın düzgün seçilməsi vacib şərtlərdəndir. Ən ideal dəm çayniki çini materialdan olandır.

Quru çayın üzərinə qaynar su töküləndə çay yapaqları bişir və acı dadır. Çaydan qaynayanda köpüklənmənin dayanmasını gözləmək lazımdır, 5-7 dəqiqə keçəndən sonra suyun temperaturu təxminən 75 dərəcəyə çatanda suyu quru çayın üzərinə tökmək olar.

Çayın növündən asılı olaraq dəmlənilmə qaydası var.

Qara çay- 1 çay qaşığı çay üzərinə hərarəti 75 dərəcə olan 200 ml su tökülərək 4-7 dəqiqə dəmlənilir.

Yaşıl çay- 1 çay qaşığı çay üzərinə hərarəti 80 dərəcə olan 200 ml su tökülərək 5-7 dəqiqə dəmlənilir.

Çay dəmləniləndən 2 dəqiqə sonra içilərsə, sakitləşdirici təsir bağışlayır.

 

 

Azərbaycan çayını haradan almalı?

Azərbaycanda ilk dəfə 1937-ci ildə, Lənkaran şəhərində çay zavodu istifadəyə verildikdən sonra çay istehsalı sahəsində dayanmadan inkişaf getmiş və xeyli yüksək nəticələr əldə edilmişdir. Hazırda Azərbaycanda çay istehsalı və satışını həyata keçirən bir neçə zavod fəaliyyət göstərir. Bu istiqamətdə ayapılan uğurlu fəaliyyət sayəsində Azərbaycan çayı artıq ölkəmizi dünyada uğurla təmsil edir.

Artıq dünyada çox sevilən çay növlərindən Seylon, Berqamot və digər növləri Azərbaycanda, Bakıda sərfəli qiymətlə əldə etmək mümkündür.

 

Azərbaycanda, Bakıda geniş miqyasda qara və yaşıl çay çeşidlərini Alinino.az saytı təqdim edir. Yaşıl çay, qara çay, paket çaylar və digər yüzlərlə çeşiddə çayları sərfəli qiymətlə Alinino.az saytında tapmaq mümkündür.

 

Alinino.az saytı öz müştərilərinə Azərçay, Final, Berqa, Çempion və digər çay növlərinin nir neçə çeşidini, həmçinin, dəmlik və bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş paket çaylarını təqdim edir.

 

Yaşıl çayın faydalarına bələd olan və gündəlik istifadəsində qara çaydan daha çox yaşıl çaya üstünlük verən müştərilər üçün yaşıl çayın bir neçə növü təqdim edilir.

Çay həm yaxınlarınıza hədiyyə etmək üçün unikal seçim, həm də gündəlik istifadəniz üçün olduqca faydalıdır.

Bakıdan, Azərbaycanın bütün rayonları və dünyanın hər bir yerindən evinizdən çıxmadan ən nəfis dadlı çayları, sərfəli qiymətlərlə Alinino.az-dan sifariş edə bilərsiniz.

Operativ çatdırılma xidməti geniş çeşidli qara, yaşıl çayları 24 saat ərzində sizin ünvanınıza çatdıracaq.

Siz həmçinin, Alinino.az saytından çay süfrənizə əlavə dad qatacaq şpkpladları, şəkərbura, paxlava kimi şirniyyatları da sifariş edə bilərsiniz.

 

Alinino.az saytının özəl təqdim etdiyi “Ali and Nino black tea” isə dağlardan yığılmış nəfis ətirli ekoloji təmiz orqanik kəklik otulu ilə qara çayın birgə təqdimatıdır. Özəl qablaşmaya malik bu nəfis çay qonaqlarınıza əsl hədiyyə, Azərbaycan və Bakı haqda ən xoş xatirələrin əsl simvolu olacaq!

 

Alinino.az saytındakı bütün növ çay çeşidlərini görmək üçün BURAYA KEÇİD EDİN

 

 

Müəllif: Lalə Rəhmanova