Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino”nun 20 illik kitab yolçuluğu 📚✨

2005-ci ildə kiçik bir mağaza ilə başlanan yolçuluq bu gün Azərbaycanın ən böyük kitab şəbəkəsinə çevrilib. 20 illik tariximizdə saysız-hesabsız oxucunun həyatına toxunmuş, onların sevincinə, kəşflərinə və inkişafına şərik olmuşuq. Gəlin, birlikdə bu yola nəzər salaq:

İlk addımlar (2005)

İlk mağazamız qapılarını oxuculara açdı.

Eyni ildə “Əli və Nino” Nəşriyyatı yarandı və Azərbaycan kitab bazarına yeni nəfəs gətirdi.

Həmçinin ölkədə ilk dəfə onlayn kitab mağazası Alinino.az fəaliyyətə başladı.

Yeniliklər və uğurlar

2009 – Azərbaycanda ilk kitab kafesi məhz bizim tərəfimizdən açıldı. Kitabsevərlərin kofe qoxusu ilə qarışan söhbətlər məhz buradan başladı.

2010–2012 – Park Bulvar, 28 Mall və Metropark AVM-lərdə yeni mağazalar oxuculara təqdim olundu.

2013 – Ölkədə ilk dəfə “Milli Kitab Mükafatı” təsis edildi.

Oxucuya daha da yaxın

2015 – Koroğlu metrosunda mağazamız fəaliyyətə başladı.

2016 – Gənclik Mall-da yeni filial açıldı.

2021 – Zəfər Mall və Dəniz Mall filialları açıldı, eyni zamanda Azərbaycanda ilk dəfə “Milli Kitab Sərgisi” təşkil edildi.

Sosial layihələr və genişlənmə

2022 – “Qadın sahibkar” adlı sosial layihə reallaşdırıldı.

2024 – Crescent Mall-da ölkənin ən böyük kitab mağazası oxuculara təqdim olundu.

Yeni üfüqlər

2025 – Azərbaycanda ilk dəfə uşaqlar və böyüklər üçün Azərbaycan, rus və ingilis dillərində 4 fərqli kitab klubu fəaliyyətə başlayır.

20 ilin hədiyyəsi – oxucu sevgisi ❤️

Bu yol sadəcə mağazaların və layihələrin xronologiyası deyil, kitabların yaratdığı unudulmaz hekayələrin tarixidir. Hər yeni filial, hər yeni layihə bizi oxucularımıza bir addım daha yaxınlaşdırdı.

“Əli və Nino” olaraq 20 ildir ki, ən böyük gücümüz oxucularımızın sevgisi və etimadıdır.