Qalib Əsədov və Fuad Əsədovla imza günü

21 iyul 2024-cü il tarixində “Əli və Nino” mağazasının Crescent Mall filialında Fuad Əsədov və Qalib Əsədovla görüş keçirildi. Kiçik seminardan sonra müəlliflərin “Beyin” adlı kitablarının imza günü oldu. 

Həkim-nevroloq Qalib Əsədov Şəki şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Orta məktəbi əla qiymətlərlə bitirən Əsədov Q. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun müalicə profilaktika fakültəsinə qəbul olunub.
"Space" TV-də "Sağlam yaşa" layihəsinin müəllifi və Avropa Nevroloji Akademiyanın həqiqi üzvüdür. 
"Şəki və onun təbabət tarixi" kitabı 2017-ci ildə "Qanun" nəşriyyatında işıq üzü görmüşdür. Kitabda Şəkinin  bu günə qədər keçdiyi tarixi inkişaf yolu və həmin dövrlərdə təbabətin vəziyyəti geniş formada təsvir olunmuşdur. Bu tədqiqat işi ölkəmizin təbabətinin araşdırılmasında mühüm mənbələrdən biridir.
Fuad Əsədov  Şəki şəhərində anadan olub. 2014- cü ildə keçirilən regional "Kim? Nə? Harada?" intellektual yarışının qalibi olaraq "İlin ən intellektual gənci" seçilmişdir. Həmin il Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisasına qəbul olmuşdur.  2015-ci ildə Psixologiya və Konsultasiya Mərkəzinin keçirdiyi "Düşünən qələm" yarışmasında şizofreniya ilə bağlı yazdığı məqaləsinə görə birinci yerə layiq görülmüşdür. 2016-cı ildə “Tələbə Psixologiya Cəmiyyəti”ni yaradaraq müstəqil təlimçilik fəaliyyətinə başlamışdır. Müxtəlif təlimlərin və məqalələrin müəllifidir.

6f5978a7-708c-4984-a79c-b71700f6619f.jfif974fa757-249f-467e-bcbc-7b831d57860f.jfif63770167-1cb1-4c6f-8be0-7dc98078cdb6.jfif