Tanınmış həkim-nevroloq, uzun müddət Şəkinin müxtəlif səhiyyə müəssisələrində səmərəli fəaliyyət göstərən, habelə müxtəlif televiziya kanallarından Azərbaycan ictimaiyyətinə adı bəlli olan Qalib Əsədovun qədim tarixi keçmişə, özünəməxsus ənənələrə və mədəniyyətə malik olan Şəkinin səhiyyə tarixinin tədqiqi sahəsində araşdırmalarına həsr olunmuş yazıları diqqətimi çəkdi. Kitabın müəllifi Qalib həkimin bir tədqiqatçı məharəti ilə Şəkidə səhiyyə sisteminin formalaşması, inkişafı və bu sahədə ayrı-ayrı tanınmış simaların təşkilatçılıq fəaliyyəti haqqında arxiv materiallarına əsaslanan qeydlərini, verdiyi fotoşəkilləri Şəki səhiyyəsinin tarixinin araşdırılması sahəsində təqdirəlayiq təşəbbüslərdən biri, yaxşı işin başlanğıcı kimi dəyərləndirirəm.
XIX əsrin ortalarında çar Rusiyasının Nuxa qəzasında Həkim baba kimi tanınan məşhur təbibin bir çox xəstəliklərin müalicəsində istifadə etdiyi üsullara toxunduqdan sonra o vaxtlar Şəkinin baş qazisi olan Əbdülqəni Nuxəvinin, həkim Hacıbala Bəyin, Əliabbas Qədimovun Azərbaycanda, sovet hakimiyyəti illərində isə Ağa Hüseynovun, Məmməd Hacıyevin, Cəmaləddin Kərimovun, Fərrux Həmidzadənin, Nəsib Abdurrəhmanovun, Cabbar Rəhimovun və başqalarının səhiyyə təşkilatçılığı sahəsində göstərdikləri fədakarlıqları xatırlanır.
Həkim Qalib Əsədovun vətəndaş təəssübkeşliyi ilə qələmə aldığı bu kitabda çar Rusiyası dövründə Şəki qəzasında, sovetlər dönəmində isə Nuxa rayonunda açılan ilk apteklər, dispanserlər, müalicəxanalar haqqında tarixi faktlara əsaslanan yığcam məlumatlar da özünə yer almışdır. Kitabda Böyük Vətən müharibəsi illərində ön cəbhədə vətənpərvərliklə çalışmış bir çox şəkili həkim və tibb işçilərinin vətənin müdafiəsində göstərdikləri əvəzsiz xidmətləri də xatırladılır. Fikrimcə, Qalib Əsədovun sözügedən yazıları Şəkidə səhiyyənin inkişafı tarixinin araşdırılması sahəsində ilk uğurlu addımlardan biri hesab edilə bilər. Yaxşı olardı ki, müəllif bu sahədəki tədqiqatçılıq fəaliyyətini davam etdirərək, Şəkidə səhiyyənin inkişafı sahəsində həyata keçirilmiş bütün tədbirləri, görülmüş işləri daha çox araşdırsın və yeni faktlarla zənginləşdirsin.
Bu sahədə həkim-tədqiqatçı Qalib Əsədova uğurlar arzu edirəm.
ISBN:
9789952362824
Janr:
Tibb, sağlamlıq
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Qalib Əsədov
Səhifə sayı:
336
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Bu kitab Şəki şəhərinin qədim təbabət tarixi haqqında geniş məlumat verir. Kitabı oxuduqdan sonra Azərbaycanın bu bölgəsinin təbabət sahəsində böyük ənənələrə malik olduğunu anladım. Qədim təbabət növləri ilə maraqlananlar üçün çox maraqlı bir mənbədir.
Bənzər məhsullar