IV Milli Kitab Sərgisinə start verilir!

Sərgi həmişə olduğu kimi, bu dəfə də Bakı İdman Sarayında keçiriləcək.
Ötən illərdəki statistikaya əsasən, bu il sərgiyə 40000-dən çox insanın qatılacağı gözlənilir.

Təşkilatçıların məlumatına əsasən, sərginin açılışında Azərbaycanın Xalq Yazıçıları və Şairləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, incəsənət nümayəndələri, məşhur blogerlər iştirak edəcəklər.

Sərgiyə müstəqil nəşriyyat və kitabçılar, həmçinin rəssamlar, musiqiçilər, xalq sənətkarları, əl işi ustaları və s. qatılacaq.
IV Milli Kitab Sərgisində kitablarla yanaşı, oyun və oyuncaqların, əl işlərinin məktəb ləvazimatı, fanatlar üçün özəl məhsulların (Harri Potter, K-POP və s.) satışı da nəzərdə tutulub.

Tədbirin davam edəcəyi 5 gün ərzində uşaq oxu saatı, master-klaslar, motivasiya yönümlü çıxışlar, yazarlar, sevilən sənətçilərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Tədbir 27 sentyabr – 1 oktyabr, 2022-ci il, hər gün saat 09:00-20:00-dək keçiriləcək. Giriş ödənişsizdir, vaksin pasportu tələb olunmur.

 

İştirak etmək və əlavə məlumat üçün +994507750989 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.