Dünyaca məşhur tarixçi alim, kitabları milyonlarla tirajda satılan Yuval Noah Harari 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin fəxri qonağı olacaq.

Konqres çərçivəsində Y.N.Harari "Kosmosa şans verək” adlı tədbirin açılışını edəcək.

Qeyd edək ki, Yuval Noah Harari İsrail əsilli tarixçi alimdir. Onun kitabları bütün dünyada 65 dildə 45 milyon nüsxə ilə satılıb. 

Harari kitablarında bəşəriyyətin tarixindən, insanın varoluşu və keçtiyi təkamül yolundan, gələcək dünyada bizi gözləyən müqəddaratdan bəhs edir. 

Onun "Sapiens.Bəşəriyyətin Qısa Tarixi", "Homo Deus. Sabahın Qısa Tarixi",  "XXI Əsr Üçün 21 Dərs" adlı kitabları bütün dünyada satış rekordlarını aşaraq ən çox oxunan kitablar siyahısında qabaqcıl yerləri tutmuşdur. Yazıçı-professorun sonuncu kitabı "Bizi dayandırmaq olmaz"dır.  Hararinin hər dörd kitabı Azərbaycan dilinə Qanun Nəşrlər Evi tərəfindən tərcümə edilmişdir və "Əli və Nino" mağazalar şəbələsində, eyni zamanda, Alinino.az onlayn mağazasında mövcuddur.

Страница 1.png

1. İsrail əsilli Harari əslində hərb tarixi üzrə mütəxəssisdir.
2. Onun "Sapiens", "Homo Deus", "21-ci əsr üçün 21 dərs" kitabları dünyada ən çox oxunan kitablardandır. 
3. Oxucuları arasında B.Obama, M.Zuckerberg, B.Gates  kimi tanınmış şəxslər də var.
4. Harari həmçinin ingilis dilində "Bəşəriyyətin qısa tarixi" adlı onlayn kurslar verir.
5. Harari veqandır. 2017-ci ildən bəri smartfondan istifadə etməkdən imtina edib.

6. Harari geydir, 2002-ci ildən öz əri Itzik Yahav ilə birlikdə yaşayır.
7. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq.
8. Yazarın Azərbaycan dilinə 4 kitabı tərcümə edilib.
"Sapiens.Bəşəriyyətin Qısa Tarixi", "Homo Deus. Sabahın Qısa Tarixi",  "XXI Əsr Üçün 21 Dərs", "Bizi dayandırmaq olmaz"