Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Sumqayıt Kitab sərgisində nələr oldu?

14-15 Mayda Sumqayıtda Kimyaçılar meydanında Milli Kitab Sərgisi baş tutdu.
Sərginin açılışında Sumqayıt regional mədəniyyət idarəsinin rəisi Rəşad Əliyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt İcra Hakimiyyətinin rəsmisi Fərman Kazımov, YAP sədri Ramiz Hüseynov, Milli Məclisin üzvü Aqill Abbas, Xalq yazıçısı Seyran Səxavət, Sumqayıt ziyalısı Ofeliya Babayeva, Xalq yazıçısı Əlisa Nicat, AYB-Qubadlı regional bölməsinin sədri Namiq Məna çıxış etdilər.
     
Tədbirin ikinci hissəsi musiqi proqramı ilə davam etdi.
Hava küləkli olsa da, insanlar böyük həvəslə sərgiyə gəlirdilər.
İkinci gün hava sərin və sakit olduğundan gələnlərin sayı daha çox oldu. Sərbəst qrafik üzrə bir-birindən maraqlı çıxışlar və musiqi proqramını dinlədik. Rəqslər, ifalar tədbirə şuxluq qatırdı.
Sumqayıt ziyalılarından Hümbət müəllim, İbrahim İlyaslı, Ədalət İdrisoğlu və digərləri yaddaqalan çıxışlar etdilər, Cəlalə Nəzəroğlu danışıq sənətini üstünlüyündən bəhs etdi, Şərif Ağayar isə sərgilərin əhəmiyyətindən. Sumqayıtın baş memarı Adil Xudadatov da oğlu ilə sərgini ziyarət etdi.
Heç bir kitab sərgini qaçırmayan Milli Məclisin üzvü Fazil Mustafa da Sumqayıt kitabsevərlərini təbrik etdi.
“The Etude” qrupu, əfsanəvi “Yuxu” qrupunun mənəvi davamçıları bir saatlıq proqramı gur alqışlarla qarşılandı.
Uşaq rəqs qrupları, aşıqlar qrupu da tədbirə rəngarənglik gətirdi.
Tədbirin sonuna az qalmış Rövşən Abdullaoğlunun çıxışı oldu və oxucular üçün kitablarını imzaladı.
Vidadi Həsənovun isə həmişə olduğu kimi gitara ifası çox yerinə düşdü. Həm danışdı, həm ifa etdi, həm də kitab imzaladı.
Sərgidə daim yanımızda olan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Samir müəllimə, Kimyaçı Mədəniyyət evinin direktoru Ədalət müəllimə, iki gün ərzində tədbiri aparan dostlara təşəkkür edirəm.
              
Bir az da Sumqayıtla bağlı
Geniş küçələri var, yaşıllıqlar çoxdur. Tıxac yoxdur. İnsanları mehribandı, kitab sərgisinə sevinməyən görmədim. Aşırı sevinc hissi yaşayan da vardı; meydanın ortasında adamı qucaqlayıb təşəkkür edirlər.
Orda yazıçılara, yazıçılığa hörmət Bakda olduğundan daha çoxdur. Kitab ətrafında olan hər kəsi yazıçı hesab edirlər.
Qəhvəxanaları yoxdur. Dönərləri çox dadlıdır. Qonaqlara xüsusi diqqətlə yanaşırlar. Orda yaşayan hər kəs Sumqayıt adından danışır; həm yaxşı , həm də pisə görə özünü məsul hesab edir.
İmkan olsa, hər ay Sumqayıtda bir kitab sərgisi edərdik. O qədər geniş parkları var ki, sanki kitab rəsm, əl işləri sərgiləri üçün yaradılıb.