Artıq Azərbaycanda ənənə halını almış Milli Kitab Sərgisi V dəfə Bakıda - bu dəfə daha fərqli məkanda və fərqli formatda oxucularla görüşə gəlir! Bu dəfəki sərgi gözümüzün işığı, Bakının yaraşığı, şəhərlər şəhəri İçərişəhərdə, 27 May - 4 İyun tarixlərində keçiriləcək!

346888470_588205566709967_8545040361690500545_n.jpg

Dünyaca məşhur yazarlardan Con Boyn, Mark Leci, Sarah Jio, Ahmet Ümit və Güzel Yaxinanın da V Milli Kitab Sərgisi çərçivəsində azərbaycanlı oxucuları ilə görüşü baş tutacaq.

 

Sərgidə Azərbaycan, Türk, Rus, İngilis dilərində 70000-dən çox kitab 70%-dək yüksək endirimlə satışa təqdim olunacaq! 

1 (1).png

V Milli Kitab Sərgisində (MKS V) yerli nəşriyyatlar, kitabçılar, ikinci əl kitabların satıcıları, bukinistlər, öz kitablarının satışını həyata keçirən müəlliflər iştırak edəcək. Bundan əlacə, müxtəlif sənət əsərləri, handmade-lər, sənətkarların hazırladığı müxtəlif əl işləri satışa təqdim olunacaq.

 

Tədbir çərçivəsində hər gün müxtəlif musiqili proqramlar, yerli və xarici yazarlarla görüş saatları, uşaqlar üçün bir-birindən maraqlı və əyləncəli master-klaslar sizi gözləyir!

Bundan əlavə, V Milli Kitab Sərgisində görəcəkləriniz:

-Endirimli kitablar

-Poeziya axşamları

-Kitab təqdimatları

-Panel müzakirələri

-Xarici müəlliflər

-Nağıl oxu saatları

-İmza günləri

-Handmade

 

V Milli Kitab Sərgisi 27 May - 4 İyun 2023 tarixlərində, saat 09:00 - 20:00 aralığında bütün qonaqlara açıq olacaq. 

Qonaqlar üçün giriş sərbəstdir, ödəniş və qeydiyyat tələb olunmur.