Yuval Noah Harari Azərbaycandadır!

01.10.23 tarixində Professor Yuval Noah Harari 'Əli və Nino' kitab şəbəkəsinin rəhbəri Nigar Köçərli və Qanun Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə görüşüb. O, öz naşirlərini, nahara dəvət etmişdi. Olduqca maraqlı söhbət edildi. Nigar xanım Köçərli və Şahbaz Xuduoğlu tərəfindən Harariyə həm onun Azərbaycan dilində çıxan kitablarını hədiyyə olundu, həm də 'Əli və Nino' romanı.

WhatsApp Image 2023-10-02 at 12.32.19.jpeg  WhatsApp Image 2023-10-02 at 12.32.20 (1).jpeg

"Sapiens. Bəşəriyyətin Qısa Tarixi”, “Homo Deus: Sabahın Qısa Tarixi”, “21-ci əsr üçün 21 Dərs” və “Bizi dayandırmaq olmaz bestseller kitablarının müəllifi Harari Bakıda konfransda çıxış etmək üçün gəlib.

📆2 - 6 oktyabr 2023-cü il tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin (IAC) Açılış nitqini Y.N.Harari söyləyəcək.

👤47 yaşlı filosof Harari 2002-ci ildə Oksford Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və hazırda Yerusəlim İvrit Universitetinin Tarix kafedrasında müəllimdir. Onun son mühazirələrinin diqqət mərkəzində süni intellektin sürətli inkişafı və onun cəmiyyət üçün potensial təsirləridir.