Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Anna Karenina haqda bilmədiyimiz maraqlı faktlar

Anna Kareninanı yazmağa başalamazdan öncə Lev Tolstoy başqa bir əsər üzərində işləyirdi. Lakin dostuna yazmış olduğu məktubda, o, gördüyü işin çətinliyindən gileylənirdi. Belə bir məqamda Tolstoyun qonşusu öz ərinin başqa bir qadınla münasibətini olduğunu və onunla evlənmək niyyətində olduğunu öyrənərək özünü qatarın altına atır. Bu hadisəni eşidən Tolstoy əhvalatı dəqiqliklə araşdırmağa başlayır, öz beynində qadının həyatını qurmağa, onu bu ölümə gətirib çıxaran səbəbləri aydınlaşdırmağa çalışır. Tolstoya  “Anna Karenina” romanını yazmaq  ilhamı məhz bu cür gəlmişdir.

Anna Karenina” ilə  bağlı hansı maraqlı faktlar var?

1. Dünya ədəbiyyat tarixində ən çox ekranlaşdırılan əsərdir. Bu ekran işlərindən 30-dan çoxu məşhurlaşmışdır. Bu filmlərin baş rollarında Tatyana Samoylova, Kira Naytli kimi tanınmış aktrisalar yer almışdır. Hazırda Netflix platformasında “Anna karenina” serialının premyerası gözlənilir.

 

2. “Anna karenina”nı yazarkən Tolstoy Qustav Floberin “Madam Bovari” romanından təsirlənmişdir. Onun əsl niyyəti Madam Bovarinin rus variantını yaratmaq olsa da tənqidçilərin fikrincə, Anna Karenina madam Bovarini kölgədə qoymağı bacardı.

3. “Anna Karenina” romanını yazmağa başlayarkən Tolstoy öz dostuna demişdi ki, “Mən beşcə günün içində bir roman yazacağam!”. Lakin, bu romanı bitirmək Tolstoya dörd ilə başa gəlir. Romanı bitirdikdən sonra öz işini bəyənməyən Tolstoy onu atmaq qərarına gəlir. Lakin sonra bu hərəkətini özünə bağışlamayaraq bir mətbəə ilə razılaşma əsasında qonarar götürərək romanı tamamlamalı olur.

 

4. Kitab halında işıq üzü görməzdən öncə “Anna Karenina” hissə-hissə yerli qəzetdə çap olunur, oxucuların böyük sevgisini qazanırdı.

 

5.Tolstoyun bu romanın nəşrinə görə müqavilə bağladığı mətbəə eyni zamanda, Dostoyevski ilə də müqavilə bağlamışdı. Lakin, Tolstoya 1 səhifə üçün 500 rubl, Dostoyevskiyə isə 250 rubl verilirdi.

 

6.Tolstoy öz əsəri “Anna Karenina”nı heç vaxt güclü roman hesab etmirdi. Onun fikrincə, “Hərb və sülh” daha güclü roman idi.

7.”Anna Karenina” ədəbiyyatda və cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri onun güclü qadın olduğunu bildirsələr də, dövrün bir çox tənqidçiləri onu kəskin tənqid atəşinə tuturdu.

 

8. “Anna Karenina”nın heç bir ekranlaşdırılması kitabın sonluğu ilə üst-üstə düşmür. Belə ki, bütün filmlərin sonu Annanın ölümü ilə bitsə də romanın son səhifələri heç də Anna Kareninanın ölümünü əks etdirmir.

 

9. Tolstoy Annanın ölümünü başqa cür təsvir edirdi. O, özünü Neva çayına atmalı idi. Lakin, hadisələrin gedişatı Tolstoyu məcbur etdi ki, o, Annanı qatarın altına ataraq öldürsün.

Beləcə, bu sonluq əsərə daha böyük məna çalarları qatmış oldu.

 

 

 

Müəllif: Lalə Rəhmanova

Məqalədə qeyd olunan məhsullar
10.88 AZN 13.60 AZN
Anna Karenina
ədəd
5.60 AZN 7 AZN
Анна Каренина (Твердый)
ədəd
39.36 AZN 49.20 AZN
Anna Karenina
ədəd
11.04 AZN 13.80 AZN
Anna Karenina
ədəd
10.48 AZN 13.10 AZN
Анна Каренина
ədəd
5.52 AZN 6.90 AZN
Анна Каренина
ədəd
4.72 AZN 5.90 AZN
Анна Каренина
ədəd