Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Dünyanın qeyri-adi idman növləri

Dünyada hər gün hansısa dəyişiklik baş yerir, yeniliklər meydana çıxır.  Heç şübhəsiz, belə yeniliklər idman sahəsindən də yan keçmir. Nəticədə, yeni, qeyri-adi və maraqlı idman növləri meydana çıxır. Bəs hansı oyunlar qeyri-adi idman növü hesab olunur?

 

 

Palçıqla çayda üzgüçülük

 

İngiltərə və Amerikada təşkil edilən palçıqlı çayda üzmə yarışlarına maraq xeyli çoxdur. Bu yarışda iştirakçılar 54 metrlik bir məsafəyə üzür və bu məsafəni ən qısa vaxtda başa vuran qalib olur. Digər tərəfdən, bu yarışda iştirakçılar başqa üzgüçülük yarışlarından fərqli olaraq dalğıc paltarı da geyə bilərlər. Ancaq dalğıc paltarı geymək sərbəst olsa da, şnorkel (nəfəs almaq üçün alət) və pallet (üzmək üçün alət) geymək məcburidir. 

 

 

Quiddich

 

Son illər ərzində bu qəribə, “Harry Potter” filmindən tanınan oyun əsl idman növünə çevrildi. Hal-hazırda dünyanın bir çox ölkələrində yaşayan insanların bu oyuna maraqları artıb.

 

 

 

Sauna çempionatı

Finlandiyada yaranmışdır. Bu oyunda qalib gəlmək istəyən insan saunada mümkün qədər çox qalmalıdır . Uzun müddət ərzində yüksək rütubətə və istiliyə dözə bilən insan çempion adını qazanaraq yüksək mükafata sahib olur.

 

 

Bataqlıq futbolu

Bataqlıq futbolu XX əsrin 60-cı illərində İngiltərədə yaranıb. Bu qeyri-adi idman növü əsasını futboldan götürsə də, özünəməxsus qaydaları ilə seçilir. Bu oyunda insanlar iki komandaya ayrılır və hər birisində 6 nəfər olur. Oyun iki hissədən (taym) ibarət olur və hər taym 13 dəqiqə davam edir. Bataqlıq futbolunda əvəzetmələr oyun dayandırılmadan həyata keçirilir. Maraqlıdır ki, bu oyunda cərimə zərbələri əllə vurulur.

 

 

Segway polo

 

Segway polo son illər ərzində İngiltərədə yaranan bir idman növüdür. Adi  polo oyunundan fərqi odur ki, bu oyunda oyunçular at üstündə olmurlar, onlar son illər dəbə düşən segway skuterlərini idarə edirlər.

 

 

Pendir yuvarlamaq

”Pendir yuvarlamaq” kimi də məlum olan bu təhlükəli idman növü hər il may ayının 22-də İngiltərənin Qloster şəhərindəki Kuper Təpəsində təşkil olunur. Bu yarışlar bir əsrdən çoxdur ki, təşkil edilir. Təkər formasındakı bir pendir dik bir təpədən aşağı yuvarlanır və onlarla yarış iştirakçısı pendiri tutmaq üçün onun arxasınca yuvarlanır. Təbii ki, təpə çox dik olduğu üçün tez-tez kürək, ayaq və ya qol yaralanmaları da olur. Pendiri tutan yarış iştirakçısı isə pendirə sahib olur.

 

Şahboks

 

Şahboks tamamilə iki fərqli idman növünün - şahmatla boksun birləşdirilməsindən yaradılıb. Şahboks oyunu zamanı döyüş 11 raunddan ibarətdir. Oyunçular raundların tək rəqəmləri üzrə rəqiblərini mat etməyə, cüt rəqəmləri üzrə isə rəqiblərini boksdakı kimi nokauta salmağa çalışırlar.

 

 

Slembol

Basketbolun əsasında yaradılıb. Amma fərqli cəhətləri var. Slembolda komandalar tramplinlərdən istifadə edirlər. Belə desək, hər səbətin qarşısında tramplinlər olur. Hər birisində 4 nəfər olmaqla komandalar meydançanın hər iki tərəfindən səbətin ətrafına toplaşırlar. Oyunun əsas şərtlərindən biri də odur ki, topu rəqibin səbətinə atmaq lazımdır. Bu oyun əsasən ABŞ-da populyardır.

 

 

Su altında reqbi

Sualtı reqbi yarışı 4 metr dərinliyindəki bir hovuzda keçirilir. 11 nəfərdən ibarət 2 komanda topu rəqib komandanın qapısına vurmağa çalışır. Hər iki qapı da suyun altında yerləşir. Su altında həm nəfəs almaq, həm də hərəkət etmək çətin olduğu üçün bu idman növündə tələb olunan əsas qabiliyyətlər həm güclü nəfəsə, həm də güclü əzələyə malik olmaqdır.

 

 

Dəvə üstündən tullanma

 

Əsasən Yəməndə məşhurdur . Bu oyunun qaydalarına görə, iştirakçılar əvvəlcə yan-yana dayanmış 3 dəvənin üstündən tullanmalıdırlar. Ən yüksək nəticə 7 dəvənin üstündən tullanmaqdır. 7 dəvənin üstündən tullanan iştirakçı çempion olaraq, yüksək mükafata layiq görülür. Oyunun qaydalarına görə, dəvələrin boyunlarına toxunmaq olmaz.