22 fevral tarixində “Əli və Nino” kitab mağazasının Crescent Mall, 4-cü mərtəbədə yerləşən filialında təşkil olunan həftəsonu tədbirləri uğurla başa çatdı. Gün ərzində keçirilən müxtəlif yaradıcılıq yönümlü masterclasslar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Proqrama stəkan boyama masterclassı ilə start verildi. Ardınca toxuma, muncuqlarla tikmə, şam hazırlama və bəzəmə, eləcə də dekor hazırlama üzrə ustad dərsləri baş tutdu. Hər bir sessiyada iştirakçılar həm yeni bacarıqlar qazandı, həm də öz əl işlərini yaratmaq imkanı əldə etdilər.
Tədbir interaktiv mühit, yaradıcı atmosfer və yüksək iştirakçı məmnuniyyəti ilə yadda qaldı. “Əli və Nino” gələcəkdə də bu kimi yaradıcılıq və inkişaf yönümlü layihələri davam etdirməyi planlaşdırır.


