Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Hamının tanıdığı Çe Gevara haqda bilinməyən faktlar

Əsl təhsili həkimlik olan Çe Gevara bugünədək hər kəsin fikrində Kuba inqilabının ən ideal simvolu kimi qalmışdır. Bəs Çe Gevara haqda maraqlı faktları nə qədər dərinliklə bilirik?

Biz fantastik dərəcədə heyrətamiz həyatı olan bu görkəmli qəhraman haqda kiçik araşdırma aparıb bilməniz gərəkən, heç zaman təxmin belə etməyəcəyiniz 15 faktı aşkar etdik.

(www.alinino.az saytından Çe Gevara haqda kitabları əldə etmək üçün mətnin sonuna nəzər salın.)

1. Çenin əsl adı Ernesto Rafael Gevara de la Sernadır. "Çe" isə onun ləqəbidir. "Çe" argentinalıların yerli müraciət forması idi.

2. Çe yuyunmağı sevmirdi. Uşaq vaxtlarından hər zaman çirkli gəzərdi. Çe öz xatirələrində belə qeyd edirdi ki, onu kök olduğuna görə deyil, məhz pinti və çirkli olduğu üçün donuz adlandırırdılar.

3. Çe Gevara Argentinada doğulmasına baxmayaraq 11 yaşından eribarən Kubaya maraq göstərmişdir. Bu, Buones- Ayresə kubalı məşhur şahmatçının gəlişindən sonraya təsadüf edir. Çe şahmata böyük maraq göstərmişdir.

4. Çenin adı qəzetlərdə ilk dəfə heç də inqilabi proseslərlə bağlı çıxmamışdı. Qəzetlər ilk dəfə onun öz mopedilə Cənubi Amerikaya doğru səyahət edərək 4000 km-dən daha çox yol qət etməsindən yazırdı.

5. Çe Gevara bütün həyatı boyu yalnız Jan Pol Sartrı oxumaqdan həzz alırdı. O, Sartrın bütün əsərlərini originaldan - fransız dilində oxumuşdu. Çe, həmçinin, poeziyanı çox sevirdi. Hətta özü də şeirlər yazırdı.

6. Çe hərbi xidmətdən "yayınmışdı". O, buz vannası qəbul etməklə astma yaratmış və beləliklə, xidmətə "yararsız" olmuşdur.

7. 1950-ci illərdə Çe Gevara bəzən məktublarını hətta "II Stalin" imzasıyla yazırdı.

8. Çe Gevara SSRİ-nin ən sərt tənqidçisi olmuşdur.

9. Bir neçə Latın Amerikası ölkəsində Çe Gevara ölümündən sonra müqəddəs elan edilmiş, "San Ernesto de la Higuera" adlandırılmışdır.

10. Çe çox nadir hallarda bir yerdə qalırdı. O, dünyanın xeyli yerinə səyahət etmiş, müxtəlif inqilablarda iştirak etmişdir.

11. Çe Gevaranın məzarı yalnız 1995-ci ilin iyulunda tapılmışdır.

12. Çe Gevara özünün ən məşhur sitatını heç vaxt deməmişdi: "Realist olun - mümkünsüzü istəyin!"

13. 2000-ci ildə "Taym" jurnalı Çe Gevaranı "20 qəhraman və ikona" siyahısına, eyni zamanda, "XX əsrin ən önəmli 100 şəxsi" siyahısına daxil etmişdir.

14. Dünyaca məşhur "Hatsa Siempre Comandante" mahnısı Çenin ölümündən sonra deyil, hələ yaşadığı dövrdə yazılmışdı.

15. Çe Gevara iki dəfə ailə qurmuşdur. Bu evliliklərdən onun 5 uşağı dünyaya gəlmişdi.

 

 

Müəllif: Lalə Rəhmanova

Məqalədə qeyd olunan məhsullar
9.59 AZN 11.99 AZN
Çe Gevara
ədəd
10.16 AZN 12.70 AZN
Мой брат – Че
ədəd
6.48 AZN 8.10 AZN
Savaşmaktan Vazgeçtiğin An Kaybedersin
ədəd