1959-cu il martın 9-da ABŞ-da oyuncaq bazarına yeni gəlincik daxil oldu. Rut və Elliot Handlerslərin birgə yaratdıqları "Barbi" Amerikada oyuncaq dükanlarında görünməyə başladı. Tam adı Barbara Millicent Roberts olan kolleksiya əsasən 3-14 yaşa qədər olan qızlar üçün nəzərdə tutulub.

"Barbi"nin özəl və çeşidlənmiş seriyalarını Ali və Nino mağazalarımızdan əldə edə bilərsiz. Öncəliklə onu qeyd edək ki, sadədən tutmuş, müxtəlif geyimli, sevimli heyvanı, rəfiqələri olan növlərinə qədər hamısı satış reytinq cədvəlində ön sıradadır. Sizə kolleksiyanın ən çox satılan növlərini təqdim edirik:

 

 

1677592049_youloveit_com_barbie_skipper_and_big_babysitting_adventure.jpg 

"Barbie Skipper Babysitters" dəsti "Barbie Skipper və dayənin böyük macərası" cizgi filmindən ilhamlanaraq hazırlanmışdır. Gördüyünüz bu ecazkar dəstə Skipper kuklası, şirin hərəkətlərilə fərqlənən körpə, mobil telefon, beşik və əlavə olaraq 4 fiqur daxildir. Körpə yemək yedikdən sonra yuxuya gedir və qucağa götürüldüyündə oyanır. "Barbi"nin təqdim etdiyi bu dəst vasitəsilə uşaqlar ideyalarını işə salıb müxtəlif sərgüzəştlər yarada bilərlər. 

 

 

s-l1600.jpg 

"Barbie tibb bacısı kariyerası" adlanan növbəti dəst isə tibbə həvəs göstərən övladınızın marağına səbəb olacaq. Bu seriyanın sayəsində qızlar onlar üçün hazırlanan həkim alətlərinin vasitəsilə tibbin yeniliklərini öz gəlinciklərinin üzərində tətbiq edəcəklər.Haqqında danışdığımız bu dəstə tibbi alətlər, forma, bəyaz ayaqqabı daxildir. Hekayə qurmağı sevənlərçün əla fürsətdir. 

 

 

pol_il_Zestaw-Barbie-Do-Stylizacji-Wlosow-Laleczka-46297.jpg 

 "Barbie kukla və aksesuarları, ülgüc, "Bruklin" tərzi və Böyük şəhərdə həyat" seriyası da kolleksiyanın digər növləri kimi dəbə yeni baxış və fərqliliyi çox geniş şəkildə təbliğ edir. Realistliyi sevən qızlar özlərini gözəllik salonunda təsəvvür edəcəklər. Ən əsası isə Barbinin bu dəfəki tərzini onlar özləri müəyyənləşdirəcəklər.  Saçını istədikləri formaya salacaq, istədikləri kimi geyindirəcəklər. Komlektə saç baxım aksesuarları, fen, daraq, saçı yığmaq üçün əlvan rezinlər və s daxildir.

 

 

 

Barbie-Fashionistas-Szafa-Na-Ubrania-6-wieszakow_.jfif

"Barbie Moda geyimləri ilə" olan dəstdə adından da göründüyü kimi çeşid-çeşid əlvan rəngli, dəbli geyimlər, aksesuarlar, ayaqqabılar, çantalar mövcuddur. Bu dəst həm də qızların zövqlü böyüməsi üçün nəzərdə tutulmuşdur. 

 

 

297636723_10162380092874466_3903543622046773487_n.jpg

 "NiB Barbie Totally Hair" dəsti özünün uzun saçlı gözəli ilə seçilir. 21,5 sm saçı olan bu Barbi-yə həmçinin daraq, saç rezinləri, eynək, çanta, əlavə bir geyim daxildir. Saçlarını darayıb istənilən formanı vermək qızlar üçün çox əyləncəli olacaq.

 

İllərə meydan oxuyan möhtəşəm "Barbi" şirkətinin uşaqlara töhfəsi yalnız kuklalarla bitmir. Şirkət həmçinin kuklaların sevimli ev heyvanlarıyla birgə dəstlərini, ayrılıqda geyimlərini və maşınlı çeşidlərini, bundan əlavə isə xüsusi buraxılış sayılan oğlan dostlarını da təqdim edir.

 

 

81nTd5X+r8L.jpg

 "Mоdа Barbie HJT34" kolleksiyaya rəngli geyimlərlə daxil olur. Dəblə ayaqlaşan bu paltarları övladınızın sevimli kuklasının qarderobuna əlavə etsəniz, hər ikisinin çox sevinəcəyindən əmin ola bilərsiniz. Dəstə bir neçə rəngi özündə birləşdirən paltar, narıncı futbolka və iki fərqli rəngdə trapes şalvar daxildir.

 

 

EMfQh00XkAUVQoz.jfif

 "Barbie Dreamplane təyyarəsi" hərəkətini dəyişə bilən oturacaqlardan, işləyən üst bölmələrdən, balaca it və qəlyanaltı arabası daxil olmaqla 15-dən çox əşyadan ibarətdir. Cəzbedici görünən bu fərqli və maraqlı seriya uşaqlarınızın fantaziyalarını genişləndirəcək.

 

Sadalanan və təqdim olunanlar bunlarla bitmir. Kolleksiyalarla Alinino.az saytında yaxından tanış ola və evinizdən çıxmadan sifariş edə bilərsiniz.

 

Azərbaycanda, Bakıda Barbie kuklalarının  geniş çeşidini Alinino.az  saytından sərfəli qiymətlə, sifarişlə əldə edə bilərsiniz.

 

 

 

Müəllif: Arzu Murad