Bu kino ki var... Çox qəliz məsələdir!
Bəli, qəliz məsələdir... Nə yazaq? Nə haqda çəkək? Hansı mövzudan danışaq ki tamaşaçı marağını cəlb edək? İdeyanı necə qoyaq ki davamlı və təsirli olsun? Tamaşaçı ruhuna yaxın olan mövzunu haradan tapaq? Belə suallar qarşısında qalan kino mütəxəssisləri dərhal ən uğurlu və ən çox müraciət olunan üsula əl atırlar – Kitablar!
Budur, artıq işin xeyli hissəsi görülmüşdür. Qarşınızda hazır material, hazır ideyası, mövzusu, süjet xətti olan bir “yarıfilm” var. İndi bir iş qalır – sizə milyonlar qazandıra biləcək fərqli bir əsər taparaq, gözəl musiqi və uğurlu aktyor seçimi ilə unudulmaz səhnələrin yer aldığı mükəmməl film yaratmaq! Hər əhvalat maraqlıdır, lakin milyonlarla dolları hamısı qazandırmır!
Kinematoqrafiya yarandığı gündən bəri bədii əsərlərin ekranlaşdırılmasına olan tələbat hər zaman aktual mövzu olaraq qalıb. Dünya kinosuna baxsaq, görərik ki, Vivien Li (“Küləklə sovrulanlar” 1939), Odri Hepbern (“Hərb və sülh” 1956), Kira Naytli (“Anna Karenina” 2012) kimi görkəmli aktrisalar dəfələrlə klassik əsərlərin ekranlaşdırmasında bizim qarşımızda çıxış ediblər.
Lakin, ekranlaşdırmanın çətin tərəflərindən biri budur ki, tamaşaçı beynində daima müqayisə üçün obyekt var - əsərin özü! “Əsər daha uğurlu alınıb, yoxsa film?” sualı tamaşaçını daima müqayisə aparmağa sövq edir. Lakin, bu fakt bəzən filmin uğurunda da böyük rol oynayır. Məsələn, Ceyn Ostinin “Qürur və Qərəz” əsəri yazıldığı vaxtdan xeyli sonra (2005) ekranlarda görünəndə əsəri oxumuş hər kəs filmə böyük maraq göstərdi. Beləliklə, film romantik komediya janrının xeyli gəlir gətirmiş filmləri siyahısına adını yazdırdı. (Dünya film bazarında 121 milyon dollar)
Bu ənənə hələ də davam edir. Artıq nəinki klassik əsərlərin, hətta xeyli sayda müasir müəlliflərin romanlarının da ekran həllini görə bilirik. Bu isə öz növbəsində yazara, bəlkə də heç nəzərdə tutmadığı milyonlarla dollar gəlir gətirir. Filmlə yanaşı kitabın da satışı ikiqat artır. Yaxud da əksinə, tamaşaçı kitablardan bilmiş olduğu əhvalatın vizual həllini görməyə can atır... Bu isə bizi yenə də məşhur bir şüara doğru aparır – “Kıtabı oxu, filmə bax!”
Kino və ədəbiyyat mütəxəssisləri öz aralarında nə qədər “çəkişsələr” də, nə qədər müzakirələr edilsə də, tənqidi yazılar, təriflər, mükafatlar... hamısı yalnız bir məqamda məğlub olur – oxucu və tamaşaçı fikri!
Aşağıda sizə son illərin filmə çevrilmiş 10 modern romanını təqdim edirəm. Qeyd edim ki, əksər romanla film arasında uğurlu, yaxud uğursuz, xeyli fərqlər var. Əvvəl oxuyub sonra izləməklə hansı həzzin sizə daha yaxın olacağına buyurun, siz qərar verin!
1. Jojo Moyes “Səndən öncə mən”
Baş rolunu tanınmış aktrisa Emiliya Klarkın oynadığı “Səndən öncə mən” (2016) filmi dünyaca məşhur romantik yazar Jojo Moyesin eyniadlı əsəri əsasında ekranlaşdırılmışdır.
Luiza Klark adi bir həyat yaşayan, öz balaca kəndindən bir addım belə kənara çıxmayan sadə qızdır. O, işə olan ehtiyacı üzündən qəza nəticəsində ömürlük əlil arabasında yaşamağa məhkum olmuş Uill Treynora baxmaq məcburiyyətindədir. Uill hər zaman dəbdəbəli həyat yaşayıb. Bütün həyatı ekstremal idman növlərində, dünya səyahətlərində keçib – indi isə bu cür yaşamağa davam gətirməyəcəyinə əmindir. Lakin dünyada hər şeyi dəyişməyə qadir olan bir hiss var...
2. Xalid Hüseyni “Çərpələng uçuran”
Amerikalı rejissor Mark Morster özünün 20 milyon dollarlıq büdcəyə sahib filmini çəkmək üçün (2008) əfqan əsilli yazar Xalid Hüseyninin böyük səs gətirən “Çərpələng uçuran” romanını əsas götürmüşdür.
Uzun illərdir ki, Kaliforniyada yaşayan Əmir adlı əfqan mühacir, uşaqlıq dostu olan Həsənin oğlunun başının bəlada olduğunu öyrəndikdən sonra uşağa kömək etmək üçün Talibanın nəzarəti altında olan doğma diyarına qayıdır...
2016-cı ilə dünya kino pərdələrində böyük marağa səbəb olan film göründü – “İnferno”. Rejissor Ron Howard bu filmi dünyaca məşhur bestsellerlər müəllifi Dan Brownun eyniadlı əsəri əsasında ərsəyə gətirmişdir.
Harvardın görkəmli simvoloqisti Robert Lenqdon xəstəxanada ayılanda bu sözlər qulaqlarında səslənirdi. Harada olduğunu, bura necə gəldiyini anlamırdı. Şeylərinin arasından çıxan qəribə əşyanın da bura necə düşdüyündən xəbəri yox idi. Ölümlə hədələnən Lenqdon gənc həkim Sienna Bruksla Florensiya şəhərində təhlükəli təqiblərə məruz qalır. Yalnız Lenqdonun tarixin gizli keçidləri və qədim sirlərdən xəbərdar olması onları naməlum təqibçilərin pəncəsindən qurtara bilər.
Bu əsərin əsasında “Çöl çiçəyi” adlı bioqrafik film 2009-cu ildə geniş kütləyə təqdim edilmişdir.
Dünyaca məşhur supermodel Afrika səhralarındakı köçəri həyatından, ailəsindən, Somalidə qadınlara, qızlara olan münasibətdən və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən söhbət açır. Onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil, bütün qadınlara yönəlir. Onunla eyni həyatı yaşayan, eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə, il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir.
5. Con Qrin “Eyni ulduzun altında”
Con Qrin özünün altıncı məşhur romanı olan “Eyni ulduzun altında”nı 2012-ci ildə yazır. Çox keçmir ki xeyli marağa səbəb olan bu roman kino mütəxəssislərinin də diqqətini cəlb edir və 2014-cü ildə rejissor Coş Bu həmin əsəri filmə adaptasiya edir.
16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur. Onların dostluq və getdikcə istiqamətini dəyişərək sevgiyə çevrilən təsirli münasibətləri həyatın yeni qapılarını açır...
6. Sesilia Ahern “P.s Mən səni sevirəm”
2007-ci ildə Riçhard LaGravenes tərəfindən çəkilmiş Amerika dram filmidir. Filmin süjet xətti Sesiliya Ahernin eyniadlı əsərindən alınmışdır.
Holli və Gerri Manhattanın şərqində yaşayan evli cütlükdür. Onlar bir-birlərini çox sevirlər, lakin gözlənilmədən Gerri beyin xərçəngindən vəfat edir. Holli həyat yoldaşının onun üçün nə qədər önəmli insani olduğunun fərqinə varır. Holli güclü stress keçirir, ailəsindən və dostlarından uzaqlaşır. Otuzuncu yaş günü ailəsi və dostları ona gələcəyi görmək, həyata sarılmaq və gələcəklə bağlı seçimlər etməsi üçün bu gənc dul qadını həvəsləndirmək qərarına gəlirlər. onlar Hollinin mənzilinə gəlir, evi bəzəyir onun üçün tort hazırlayırlar. Bir də Gerridən məktub qoyurlar onun üçün. Bu, Gerrinin ölümündən sonra Hollinin “P.S Mən Səni sevirəm” sonluğu ilə bitən çoxlu məktublardan birincisi olur. Hər keçən fəsildən sonra o, yeni məktub alır və onun üçün yeni macəralar başlayır.
2011-ci ildə ekranlara çıxmış bu romantik melodrama filmi (rejissor Lone Scherfig) tanınmış yazar David Nikolsun eyniadlı romanı əsasında çəkilmişdir. Filmdə baş verənlər eynilə romandakı hadisələri əks etdirir. Baş rollarda Anne Hathaway və Jim Sturgess oynamışdır.
Tələbələrinin Məzun gecəsində – 15 iyul 1988-ci ildə Müqəddəs Svitin günündə təsadüfən tanış olan iki gənc – Emma ilə Dekster yarımçıq qalmış bir gecənin sabahı ayrılırlar. Hərə öz yetkin ömrünü qurmaq yoluna qədəm qoyur. Və bundan sonra müəllif iyirmi il ərzində iki adamın Bir Gününü, həm də məhz iyulun 15-də, Müqəddəs Svitin gününü təsvir edir.
8. Daniel Keyes “Billi Milliqanin sirli hekayəsi”
Daniel
Keyesin bu əsəri nəfəs kəsən psixoloji triller “Split” (2016) filminin əsas mövzu qaynağı oldu.
Real hadisələrə əsaslanan və insan təfəkkürünü alt-üst edən bu əhvalat, çoxsaylı şəxsiyyətə malik olan Billi Milliqanın parçalanmış düşüncə aləmini açır. Qarşımızda düşüncə tərzinə və məqsədinə görə müxtəlif olan 24 nəfər ayrı-ayrı şəxs: böyüklər və uşaqlar, kişilər və qadınlar, kriminala meyilli şəxslər – öz hərəkətinə nəzarət etməyə imkan vermədən onun cisminə sahib olmaq uğrunda mübarizə aparır. Parçalanmış şəxsiyyət təbiətin insan üzərində özünəməxsus təcrübəsidir. Şüurun belə naməlum vəziyyətinin öyrənilməsi, özümüz haqqında bizə çox şey söyləyə bilər, ağlın vücud üzərində nəzarət baxımından vacib olan hansısa bir şeyi dərk etməsinə imkan verər.
Premyerası 2008-ci ildə baş tutmuş fantastik janrın ən baxımlı filmlərindən olan “Alatoran” filmini də Ketrin Hardvik Stefani Mayerin eyni adlı romanı əsasında çəkmişdir.
“Toranlıq” əfsanəsi ilə dünya şöhrəti qazanan amerikalı yazıçı Stefani Morqan Mayerin 2003-cü ilin bir yay gecəsi gördüyü yuxu əvvəl qeydlərə, üç ay sonra 600 səhifəlik bir kitaba, daha sonra isə “Toranlıq” adı altında kitablar seriyasına çevrilmiş, 38 dilə tərcümə edilərək dünya üzrə, təxmini, yüz milyon tirajla satılmışdır. “Toranlıq” on yeddi yaşlı İzabella Svanın, əslində, yüz doqquz yaşı olan, ancaq on yeddi yaşında bir gənc kimi görünən, sirlərlə dolu, son dərəcə yaraşıqlı vampirlə romantik və bir o qədər də təhlükəli münasibətlərindən bəhs edir.
Elizabet Gilbert “Ye, dua et, sev”
Culia Robertsin əsrarəngiz gülüşüylə bizi qarşılayan “Ye, dua et, sev” (2010) filminə ilham verən əsər də məhz elə Elizabet Gilbertin eyniadlı əsəri olmuşdur.
Nyu-Yorkda yaşayan yazıçı Elizabet bir gecənin içinə boşanmağa qərar verir. Yenidən aşiq olmağı yoxlasa da uğursuzluqla qarşılaşır və beləliklə, daha əvvəl Balidə tanış olduğu “məlhəm” ləqəbli Ketutun öncəgörməsinə əsasən üç hissəli səyahətə çıxır – yemək, dual etmək və sevmək... Yemək – İtaliya, dua etmək – Hindistan və sevgi diyarı – Bali!
Müəllif: Lalə Rəhmanova