Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Çox oxuyanların tövsiyə etdiyi kitablar

 

Oxumaq yalnız vaxt keçirmək deyil — bu, başqa həyatları yaşamaq, fərqli düşüncə tərzlərini anlamaq və dünyaya yeni baxış qazanmaq deməkdir. Dünya ədəbiyyatında elə romanlar var ki, illər keçsə də populyarlığını itirmir və oxucuların siyahısında daim qalır. Bu əsərlər həm satış rəqəmləri, həm klassik dəyəri, həm də mədəni təsiri ilə seçilir. Aşağıdakı romanlar çox oxuyanların tez-tez tövsiyə etdiyi, ədəbiyyat tarixində mühüm yer tutan kitablardır.

“Don Kixot” — Migel de Servantes

 

Migel de Servantesin "Don Kixot" romanı demək olar ki, bütün Avropa dillərinə tərcümə olunmuş və dünya ədəbiyyatında ən populyar kitablardan sayılır. Bu əsərdən sonra fəlsəfədə "donkixotluq" kimi anlayış yaranmış və bununla bağlı çoxlu sayda kitablar yazılmışdır. La-Manç əyalətində yaşayan 50 yaşlı aristokrat Alonso Quijano cəngavər kitablarına aludə olub. O qədər oxuyur ki, axırda dəli olur. Amma o, yalnız cəngavər məsələlərində dəli olur, digər məsələlərdə isə son dərəcə ziyalı bir zadəgandır. Quijano cəngavərlərin kitablarını oxuyaraq onları təqlid edir. O, babasından miras qalmış zireh, qılınc və s. alətləri təmizləyir, özü kimi arıq atını yəhərləyib yola düşür. Sonra o, qonşusu Sanço Panzanı qubernator etmək vədləri ilə aldadır və özünü skvayder edir. Kəndli qızını sevgilisi elan edir. Və hər şey də elə bundan sonra başlayır...

 

 

“Hərb və sülh” — Lev Tolstoy

 

 

Dünya ədəbiyyatında özünəməxsus yeri olan məşhur rus yazıçısı L.N.Tolstoyun 1804-1807 və 1812-1813-cü illər rus-fransız müharibələrinə həsr olunmuş “Hərb və sülh” romanında ədibin bədii dühasının xəlqiliyi tam vüsətlə öz əksini tapmışdır. Bu roman vətənpərvərlik pafosu, xalqın tarixdə həlledici rolunu təsdiqləyən sosial-fəlsəfi məzmunu, yüksək bədii dili, epik-təhkiyə üslubu, kompozisiyanın çoxplanlılığı, psixoloji təhlilin dərinliyi, insan xarakterlərinin dolğunluğu və s. keyfiyyətləri ilə XIX əsr dünya realist nəsrinin zirvələrindən sayılır.

 

 

“1984” — Corc Oruell

 

Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) ya­ra­­dıcılığı dünya miqyasında məş­hur­dur. Xüsusilə onun “1984” romanı və “Hey­va­nıstan” povesti ötən yü­z­illikdə sözün, ədəbiy­yatın totalitar təfəkkürə və des­­­potik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diq­­qətəlayiq nümunələrindən sayılır. Hər iki əsər ya­ran­­dığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mər­kə­zin­də olmuş…

 

 

“Bülbülü öldürmək” — Harper Li

 

Çox təsirli, dramatik romandır. “Bülbülü öldürmək” oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur. Alabamadan olan balaca bir qızın söylədiyi həyat hekayəsi bu vaxtacan 18 milyon nüsxədən çox nəşr olunub, dünyanın 40 dilinə tərcümə edilib. Harper Lee həmişə öz kitabını sadə sevgi hekayəsi adlandırıb. Kitab Amerika ədəbiyyatının şah əsəri hesab olunur.“Bülbülü öldürmək” romanında müəllif uşaqlıq illəri ilə bağlı unudulmaz xatirələrini qələmə alıb. Roman ilk dəfə 1960-cı ildə nəşr olunub, elə həmin ildə də bestsellerə çevrilib, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 1961-ci ildə Pulitzer mükafatına layiq görülüb, daha sonra kitab əsasında film çəkilib.

 

 

“Qürur və qərəz” — Ceyn Ostin

Roman sevgi evliliyinin önəmi ətrafında dövr edir, hansi ki, o dövrdə var-dövlət uğrunda evlənmək aktual məsələ idi və sözsüz ki, böyük hissəsi cəmiyyətin təzyiqi ilə baş tuturdu. "Qürur və Qərəz"  qısa bir zamanda bütün oxucuları özünə heyran qoydu , nəinki yalnız ictimaiyyət arasında hətta ədəbi alimlər arasında məhşurlaşaraq "ən çox sevilən kitablar" siyahısında özünə məxsus ilk sıraları tutdu. İngils ədəbiyyatında ən sevilən roman seçilərək 20 milliondan çox nüsxəsinin satışına nail olunmuşdur. Belə bir məşhur romanı yaşatmaq üçün əsrlər boyu eyni adlı çoxlu filmlər çəkilmiş, həvəskar və peşəkar dramatik uyğunlaşmalar çap edilmişdir. Ceyn Ostinin “Qürur və qərəz“ romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir.  Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər. 

 

 

“Cinayət və cəza” — Fyodor Dostoyevski

Tələbə Raskolnikov ilk addımlarını atmaq, bir az pul-para əldə edib, məramına çatmaq yolunda sələmçi bir qarını öldürmək qərarına gəlir. Hesab edir ki, qarının puluna yüzlərlə, minlərlə gözəl iş, təşəbbüs düzüb-qoşmaq olar: “Bəlkə də, yüzlərlə, minlərlə adam düz yola çıxarılar, neçə-neçə ailə yoxsulluqdan, dağılmaqdan, əxlaqsızlıqdan, zöhrəvi xəstəliklərdən xilas olunar. Onu öldür, pullarını götür, sonra da bunun sayəsində özünü bütün bəşəriyyətə
və ümumi işə xidmətə həsr elə!.. Tək bircə, xırdaca cinayətin babalı minlərlə savab işlə yuyulmazmı? Tək bir həyat əvəzinə minlərlə həyat – çürüməkdən, tənəzzüldən, dağılmaqdan xilas olunmuş həyat...” Əsl faciə isə... xoş məramlar naminə törədilən qətldən sonra yaşanır: Raskolnikov vicdan əzabı çəkmək istəməsə də, keçirdiyi hiss-həyəcanlarla, çeşidli iztirablarla, mənəvi sarsıntılarla dəlilik həddinə çatır... Müəllifin ən yaxşı romanlarından olan “Cinayət və cəza”nın süjet xətti oxucunu daim gərginlikdə saxlayır.

 

 

“Səfillər” — Viktor Hüqo

 

Dahi Hüqonun ölməz əsəri: “Səfillər”. Başqa bir dahi - Lev Tolstoy onu “fransız ədəbiyyatının ən yaxşı romanı” adlandırmışdı. Bu şah əsər ədibin sahilsiz kədərinin ayrılmaz parçasıdır. Demək olar, bütün dünya dillərinə tərcümə olunaraq müəllifinə əbədi şöhrət qazandırıb. Hamı üçün yazılıb “Səfillər”. O bu gün də qapıları ərklə döyür. Çünki istənilən insana mənəvi zənginlik qazandırmaq qüdrətinə malikdir. Əgər “Səfillər” olmasaydı, dünya ədəbiyyatı həqiqətən də xeyli yoxsul görünərdi.

 

“Robinzon Kruzo” — Daniel Defo

 

Gəmi qəzasından güc-bəla sağ çıxan qəhrəman ayağı torpağa dəyəndə çox sevinir. Lakin bu sevinc uzun çəkmir. O, kimsəsiz bir adaya düşmüşdür. Bütün gücü ilə xilas olmağa çalışır. Amma... Adada düz 28 il tək qalır. Bir yandan vəhşi təbiət, o biri yandan dəniz quldurları... Bütün mübarizəni təkbaşına aparır. Dəli olmamaq və nitq qabiliyyətini itirməmək üçün tutuquşularla söhbət edir. Zamanı tutduğu gündəliklə hesablayır. Hər gün başına gələnləri yazır. Günlərin birində isə adada yerlilərə rast gəlir. Mədəni dünya ilə heç bir əlaqəsi olmayan bu insanlarla ünsiyyət qurmaq çox çətindir... Möhkəm iradə və dözümlülük haqqında ən gözəl əsərlərdəndir. Süjet xətti real həyatdan götürülmüşdür.

 

 

“Ceyn Eyr” — Şarlotta Bronte

 

Avropa ədəbiyyatında və dünya kinosunda ən məşhur romantik əhvalatlardan biri.  
Kitab həqiqi hisslər və ideallara sədaqət, aldanmış ümidlər və nəciblik haqqında, dramatizmlə dolu təsirli bir əhvalatdan bəhs edir. Nə zamana, nə şəraitə, nə də taleyin zərbələrinə sığan sevgi haqqındadır. Həyat üzünə gülmürsə, dayanıb onu gözləməkmi lazımdır? Bu təsirli əhvalat xoşbəxt sonluqla bitəcəkmi? Nə baş versə də, sevgiyə və şəfqətə, insanlığa və ədalətə, insan ləyaqətinə və ruhun gücünə olan inamı əsərin qəhrəmanına bütün sınaqlardan alnıaçıq çıxmağa kömək edir.

 

Tufanlı yoxuşlar” — Emili Bronte

 

“Tufanlı yoxuşlar” dünya ədəbiyyatının ən məşhur sevgi romanlarından biridir. İllər keçdikcə bu məşhurluq nəinki azalır, əksinə, artır. Roman əsasında onlarla film çəkilib. Əsərin süjeti bəstəkarları da cəlb edib, onun əsasında mahnı və balladalar bəstələnib, hətta Stefani Mayerin məşhur “Alatoranlıq” saqasında da “Tufanlı yoxuşlar”dan epizodlar var. Reytinq məlumatlarına görə, roman bütün dövrlərin ən romantik kitabıdır. Amma düşünməyin ki, bu, sadəcə, xoşbəxt sonluqla bitən gözəl sevgi hekayətidir. Bu, qeyri-adi kitabdır: süjetin ani şəkildə doğurduğu faciəvi nəticələri və gözlənilməz dönüşləri ilə... Təbiətin müəmmalı və anlaşılmaz təzahürləri ilə qəhrəmanların qəlbində elə ehtiraslar baş qaldırır ki, bu, ən hazırlıqlı oxucunu belə sarsıdır.

 

 

 

“Anna Karenina” — Lev Tolstoy

 

Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur. Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.
Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxu­cunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.

 

 

 

“Dorian Qreyin portreti” — Oskar Uayld

 

 

“Dorian Qreyin portreti” – Oskar Uayldın ən qalmaqallı və uğurlu əsəri… Onun öz dili ilə desək, “Bir ruhun hekayəsi”! Bu əsərin nəşr olunmasından 120 ilə yaxın bir vaxt keçsə də, hələ də oxucuları və rejissorları özünə cəlb edir. “Dorian Qreyin portreti” əsasında otuza qədər film çəkilib. Daim gözəl qalmaq üçün öz ruhunu şeytana satan bir gəncin faciəvi taleyindən bəhs edən əsər ingilis ədəbiyyatının şedevri sayılır. Əsər aforizmlərlə və fəlsəfi fikirlərlə zəngindir. Dorian Qrey yaşca özündən böyük olan dostu lord Henrinin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişilməz qalır, ruhu isə çürüyür. 

 

 

 

 

 

 

Məqalədə qeyd olunan məhsullar
15.99 AZN 19.99 AZN
Don Kixot
ədəd
6.18 AZN 6.50 AZN
Don Kixot. İngiliscə-azərbaycanca. VI dərəcə.
ədəd
25.49 AZN 29.99 AZN
Hərb və sülh (bütün hissələr)
ədəd
12.32 AZN 15.40 AZN
Hərb və sülh (bütün hissələr)
ədəd
6.65 AZN 7 AZN
1984
ədəd
12.74 AZN 14.99 AZN
1984
ədəd
9.34 AZN 10.99 AZN
1984
ədəd
31.92 AZN 33.60 AZN
1984
ədəd
9.41 AZN 9.90 AZN
1984
ədəd
17.01 AZN 18.90 AZN
1984
ədəd
50.92 AZN 53.60 AZN
1984
ədəd
7.20 AZN 8 AZN
1984 - Modern Klasikler 163
ədəd
31.68 AZN 35.20 AZN
1984. Скотный Двор. Романы, повесть
ədəd
28.62 AZN 31.80 AZN
1984. Скотный двор \Джордж Оруэлл
ədəd
10.19 AZN 11.99 AZN
Bülbülü öldürmək
ədəd
24.84 AZN 27.60 AZN
Bülbülü Öldürmek
ədəd
9.34 AZN 10.99 AZN
Qürur və qərəz
ədəd
11.31 AZN 11.90 AZN
Cinayət və Cəza
ədəd
15.11 AZN 15.90 AZN
Cinayət və cəza
ədəd
12.71 AZN 14.95 AZN
Cinayət və cəza
ədəd
5.09 AZN 5.99 AZN
Cinayət və cəza (məktəblilər üçün qısaldılmış versiya)
ədəd
11.04 AZN 12.99 AZN
Səfillər ( "Avqust" trilogiyasının birinci romanı)
ədəd
12.32 AZN 14.49 AZN
Səfillər (I cild)
ədəd
11.47 AZN 13.49 AZN
Səfillər (II cild)
ədəd
2.39 AZN 2.99 AZN
Qavroş
ədəd
8.79 AZN 10.99 AZN
Robinzon Kruzonun həyatı və macəraları
ədəd
4.75 AZN 5 AZN
Robinzon Kruzo
ədəd
9.41 AZN 9.90 AZN
Robinzon Kruzo
ədəd
9.34 AZN 10.99 AZN
Ceyn Eyr
ədəd
11.92 AZN 14.90 AZN
Ceyn Eyr
ədəd
9.19 AZN 11.49 AZN
Tufanlı yoxuşlar- Uğultulu Təpələr
ədəd
21.60 AZN 24 AZN
Anna Karenina Seti - 2 Kitap Takım
ədəd
20.81 AZN 21.90 AZN
Anna Karenina (Evergreens)
ədəd
5.70 AZN 6 AZN
Anna Karenina (ingiliscə-azərbaycanca)
ədəd
18.90 AZN 21 AZN
Anna Karenina
ədəd
2.85 AZN 3 AZN
Anna Karenina
ədəd
16.06 AZN 16.90 AZN
Anna Karenina
ədəd
10.88 AZN 13.60 AZN
Anna Karenina
ədəd
26.79 AZN 28.20 AZN
Anna Karenina
ədəd
9.59 AZN 11.99 AZN
Dorian Qreyin Portreti
ədəd