Sevgililər Günü 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi.  Artıq uzun illərdir ki, 14 Fevral bütün dünyada müqəddəs sevginin günü kimi qeyd olunur.  Həmin gün sevgililər daha çox birlikdə vaxt keçirməyə, bir-birlərini müxtəlif hədiyyələrlə sevindirməyə çalışırlar.

Bəs Sevgililər Günündə tərəflər bir-birindən hansı hədiyyələri gözləyirlər, hansı seçimlər daha çox zövq oxşayır?

Sevgililər Günü hədiyyələrini saymaqla bitməz: parfümlər, güllər, geyimlər, yumşaq oyuncaqlar, ləziz şokolad və konfetlər, kitablar, müxtəlif texnoloji yeniliklər və s. yüzlərlə hədiyyə sadalamaq olar.

Sevgililər Günü bir qayda olaraq gənclər tərəfindən daha çox maraq görür və qeyd edilir. Gənclərin əksəriyyəti mütaliəyə meylli olduğundan 14 Fevral – Sevgililər Günü üçün maraqlı hədiyyələrdən biri kitab ola bilər. 14 Fevral həmçinin, Kitab Bağışlama günü kimi də qeyd olunur. 

Bayram hədiyyəsi olaraq sevgiliyə, yaxud, həyat yoldaşına onun zövqünə uyğun olan, həmişə oxuduğu janrda hər hansısa kitabı hədiyyə etmək daha məqsədəuyğundur. Lakin kitab seçərkən diqqət yetirmək lazımdır ki, hədiyyə edəcəyiniz şəxsdə eyni kitabdan olmasın. Əgər dəqiq məlumatınız yoxdursa, o zaman seçdiyiniz janrda olan ən son nəşrlərdən, yeniliklər içindən seçim etməyiniz vəziyyəti nisbətən daha yüngülləşdirmiş olur. Sevgililər Gününə kitab hədiyyə edərkən kitabın mövzusunun sevgi olması mütləq deyil. Bunu daha çox hədiyyə edəcəyiniz şəxsin zövqünə əsaslanaraq eməyiniz daha doğru olardı.

 

Qarşı tərəfə sevginizi izah edən hədiyyələrdən biri də sadə, amma bir o qədər mənalı olan çiçəklərdir. Sevgilinizə gül hədiyyə edərkən çiçəklərin süni deyil, məhz təbii güllər olmasına diqqət yetirin. Təbii güllərin insanın aurasına, əhvalına müsbət təsir göstərdiyi sübut edilmişdir. Gül hədiyyə edərkən seçiminizi həm gül buketi kimi, həm də bir çiçək olaraq dəyərləndirə bilərsiniz. Unutmayın, bəzən bir çiçək belə bir kitablıq sözləri əvəz edə bilir. Gül seçimi edərkən daha çox qırmızı, yaxud, çəhrayı güllərə üstünlük verilir. Qırmızı sevginin, ehtirasın, şəhvətin rəngidir, çəhrayı isə məsumiyyətin, saflığın, təravətin... Hazırda qızılgün, zanbaq kimi güllər daha aktualdır.

 

İllərdir öz aktuallığını itirməyən, belə demək olarsa, klassik hədiyyə seçimi - ətirlər.

Həm kişilər, həm də qadınlar üçün müxtəlif parfüm seçimləri hər zaman bəyənilən hədiyyədir. Sevgili üçün parfüm seçərkən diqqət etmək lazımdır ki, onun istifadə etdiyi ətirlə ya eyni olsun, ya da həmin qoxuya nisbətən yaxın qoxu olsun. Ətir sevgi münasibətində vacib detallardan biridir. Çünki, insanlar hadisələrlə, davranışlarla yanaşı öz qoxuları ilə də yadda qalmağı bacarırlar. Düzgün seçilmiş, gözəl bir ətir ən yaxşı aksessuarı əvəz edə bilər. Hazırda xanımlar üçün daha çox müraciət olunan ətirlər sırasında Versache, Nina Ricci, Kenzo, Giorgio Armani, Chanel Coco kimi brendlər yer alır. Kişilər üçün parfüm seçimlərində isə Bvlgari , Azzaro  kimi seçimləri qeyd etmək olar.

 

 

İncəsənəti sevən, yaradıcı şəxslər üçün hədiyyə seçərkən pazl ən yaxşı nümunələrdən sayılır. Pazllar birlikdə xoş zaman keçirmək üçün də ideal seçim sayıla bilər. Sevgililər günündə həm bəylərə, həm də xanımlara pazl seçmək mümkündür. Pazl seçərkən diqqət etməli olduğumuz məqam hissə sayıdır. Əgər indiyədək pazl toplayıbsa, o zaman hədiyyə olaraq 1000, 1500, 2000 və daha artıq hissədən ibarət olan pazl ala bilərsiniz. İlk dəfə pazl toplayacaq şəxs üçün isə ilkin olaraq 500 hissəlik pazl almağınız daha məqsədəuyğun hesab olunur. Unutmayın ki, pazl hədiyyə etməklə siz ona həmçinin, öz əlləri ilə yaradacağı mükəmməl bir tablo bağışlamış olursunuz.

 

Sevgililər Günün ən aktiv şəkildə qeyd edən, hədiyyə seçiminə xüsusi diqqətlə yanaşan gənclər artıq standart hədiyyələrdən uzaqlaşaraq daha kreativ seçimlər axtarışına çıxırlar. Qrammofonlar, poloroid tipli İnstax fotoaparatlarıbinokllar bu zaman yada düşür. Retro üslubu sevən, əntiq vinillərin xışıltılı səsini müasir səs gücləndiricilərinə dəyişməyənlər üçün qrammofon ən yaxşı hədiyyə hesab oluna bilər. Mavi, qırmızı, qara, taxta cildli olmasına görə belə qrammofonları hər yaşdan olan müxtəlif zövqlü şəxslərə hədiyyə etmək mümkündür.

İnstax fotokameraları isə ən xoşbəxt anları əbədiləşdirmək üçün ideal seçimdir. Birlikdə səyahətlərinizi, əyləncələrinizi, ən xoş anlarınızı fotoşəkil kimi yaddaşda saxlamaq üçün İnstax fotoaparatlarını hədiyyə edə bilərsiniz. Fotoaparatın özü ilə yanaşı İnstax aksesuarlarınin seçim genişliyi sizə hədiyyənizə əlavələr etmək imkanı da təqdim edir.

 

Xanimlar üçün Sevgililər Günü hədiyyəsi seçərkən bəylərin çətinlik çəkmədiyi bir seçim var – paltarlar. İstənilən xanımı zövqlə seçilmiş geyim hədiyyəsi ilə sevindirmək mümkündür. Bir-birindən dəbli geyimlər, çantalar ayaqqabılar sizin xanımınıza əlavə gözəllik qatacaqdır.

 

 

Sevgililər Günü və digər bütün bayramlarda çətin durumda qalan bir qisim insanlar da var. Onlar ya qarşı tərəfi nəyin məmnun edəcəyini çox da dəqiqliklə bilmirlər, ya da hədiyyə seçimlərinin hamısını istifadə edərək “bitiriblər”. Belə şəxslərin yalnız bir seçimi qalır – seçimi hədiyyə edəcəyi şəxsin özünə buraxmaq.

Bəs necə?

Hədiyyə kartları bu məqamda sizin ən yaxın dostunuz olacaq. “Əli və Nino”ya məxsus Plastik hədiyyə kartları və Alinino.az satış platformasında keçərli olan Elektron Hədiyyə kartları sevgiliyə bağışlamaq üçün ən sərfəli variantdır. Belə olduqda sevgiliniz öz zövqünü oxşayan, sevdiyi məhsulları əldə edərək ikiqat sevinəcəkdir.

Həm “Əli və Nino” mağazalar şəbəkəsində, həm də Alinino.az saytında 14 Fevral Sevgililər Günün hədiyyələrinin geniş seçimi mövcuddur.

 

Hazırladı: Lalə Rəhmanova