"Fala inanma, falsız da qalma"

 

Fal, falçılıq, görücülük hər zaman cəmiyyətdə insanlar tərəfindən tənqidə məruz qalsa da, etiraf etməliyik ki, bu sahəyə maraq daim var, olub və olacaq da. Buna görədir ki, illərdir satış bazarında tarot kartları çox alınanlardandır.

 

Tarot ilk dəfə orta əsrlərdə İtaliyada 78 kartdan ibarət oyun dəstəsi kimi istifadə olunub, tədricən Avropanın çox hissəsinə yayıldı.

18-ci əsrdə isə tarotdan artıq kəhanət və falçılıqda istifadə olunmağa başlandı və bu günümüzə qədər gəlib çatdı. Hər kəsin fərqli baxıcılıq tərzi var və tarot kartlarla baxmaq da onlardan biridir. İnsanların sonsuz marağının damarını tutan nəşriyyatlar bir-biriylə rəqabət apararaq, keyfiyyətli və fərqli kartlarla bazarı ələ almağa çalışırlar. 

Alinino.az saytı bu mənada həmişə təlabatı nəzərə alıb, müxtəlif Taro kart çeşidləri təqdim edib.

 

Budəfəki yazıda sizə ən çox alınanları, onların üstünlüklərini, oxşar və fərqli cəhətlərini təqdim edirik:

Kitap_202209180006099685469.jpg

 "Her kes için tarot" adlanan kart İsa Donellinin müəllifliyi ilə Omega nəşriyyatında hazırlanıb. Tərkibi türk dilində olan dəstə məlumat kitabçası və 78 kartla birgə təqdim olunur. A.E.Wait-in çəkdiyi və ustad rəssam Roberto de Angelisin yenidən izah verdiyi Ezoterik şəkilləri olan bu kartlar yeni başlayanlar üçün əla seçimdir və çox rahatdır.

 

278902070_.webp

 "Evrensel Tarot" da eynilə yuxarıda qeyd etdiyimizin bənzəridir. Yalnız rəsm fərqilə seçilən dəstənin tərkibi və hətta mənaları da eynidir. Omega nəşriyyatının hazırladığı bu kartların da rəssamı Roberto de Angelisdir. Tərkibində 78 kartın olduğu yumşaq cilddən ibarət bu dəstə türk dilindədir.

 

0003287_klimt-altin-tarot.jpeg

 "Altın tarot" dəstəsi avstriyalı simvolist rəssam Gustav Klimtin əsərlərindən toplanmışdır. Əsasını açıq-saçıq şəkillər təşkil etdiyi üçün internet üzərindən görüntüsünə senzura tətbiq olunur. Mistik cazibə qüvvəsi olan bu dəstəyə tələbat olduqca çoxdur. Tərkib və məna etibarilə isə yuxarıda adları çəkilənlərdən fərqlənmir.

 

marsilya-tarot-kartlari-5-5596.jpeg

 "Marsilya Tarot" dəstəsi də digərləri kimk 78 kartdan ibarət olmasına baxmayaraq, şəkilləndirmələrində fərq çoxdur və cəlbedicidir. Dünya çapında ən çox qəbul edilən kartlardan biridir. 22 böyük və 56 kiçik arkanadan (14 qılınc, 14 kupa, 14 pul və 14 dəyənək seriyası) ibarət bu dəstədə ilk 11 kart insan həyatının yetkinlik dövrünü, sonrakı 11 kart insanın ömür yolunu, qalan 56 kart isə gözlənilməzliklərlə dolu prosesləri təqdim edir. Bu kart sizə türk dilində məlumat kitabçasıyla birgə yumşaq cilddə təqdim olunur.

 

GUEST_7f736987-320e-439f-9186-cb18879252b6.jfif

 "Everyday Tarot" adından da göründüyü kimi günlük hadisələrdən məlumatlı olmaq üçün nəzərdə tutulub. Xüsusi dizaynda tərtib olunan bu dəstənin rəssamı Eleonora Qroş, məlumat kitabçasının müəllifi isə Bridcet Esselmontdur. Bu dəstə yığcam ölçüsü və rahat mənalandırılmasına görə yeni başlayanlar üçün əla seçimdir.

 

318724454_.webp

 "Melek Tarot" yuxarıdakı kartlardan fərqli olaraq, məsləhət üçün istifadə olunur. Artıq uzun illərdir ki, doğru proqnozlarına görə alıcıların rəğbətini qazanmış bu dəstənin müəllifləri Radleigh Valentine və Doreen Virtue, rəssamı isə Steve A.Robertsdir. Əsasən, fikir və tövsiyyə üçün nəzərdə tutulsa da, simvollarına və kitabçasına nəzər yetirməklə falda da istifadə etmək olur.

 

Məşhur tarotçular iddia edirlər ki, kartları yaxşı oxumaq, anlamaq və qarşındakına çatdırmaq üçün şəkildə təsvir olunan işarələri, simvolları düzgün qavramaq lazımdır. Yalnız bundan sonra kartlarla dil tapıb qarşılıqlı enerji almaq və ötürülən informasiyanı əldə etmək olar.

Taro kartların siyahısı bunlarla bitmir. Alinino.az saytında terk və rus dillərdində olan taro kartları evinizdən çıxmadan sifariş edə bilərsiniz.

 Alinino.az onlayn mağazası Azərbaycanda, Bakıda taro kartlarının geniş çeşidini qiymətlə təqdim edir. Sifariş olunan Taro kartlar ən qısa zamanda ünvana çatdırılır.

 

Müəllif: Arzu Murad