Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Uşaqlarda kitab oxumaq sevgisini necə yaratmalı?

Əksər valideynlər özlərinə tez-tez bu sualı verirlər.
Yetkin insanlardan fərqli olaraq, uşaqlar məhz eşitdikləri kimi deyil, gördükləri kimi davranırlar. Yəni, onlara sadəcə "Get, kitab oxu" deməklə istədiyiniz nəticəni əldə etməyiniz mümkün deyil. Bunun üçün ən yaxşı üsul uşaqlara kitab oxumağı göstərməkdir.
😍Buna görə də aşağıdakı bir neçə sadə qaydaları yadda saxlayın:
 
1. Uşaq dünyaya gəldiyi vaxtdan etibarən ona kitab oxuyun. Bu, uşaqla ananı daha da yaxınlaşdırır, üstəlik, ananın səsi uşaqda sakitlik yaradır.
 
2. Uşaq dünyaya gəldiyi andan düz 8 yaşınadək onunla birgə mütləq şeirlər oxuyun.
 
3. Uşağınıza şərait yaradın ki, məhz ona maraqlı gələn kitabları seçə bilsin.
 
4. Gecələr uşaqlarınıza kitab oxuyun. Daha sonra bir müddət onunla birgə oxuduğunuzun hissənin müzakirəsinə də zaman ayıra bilərsiniz.
 
5. Uşaqlarınıza örnək olmaq üçün gərgin işlərinizdən müəyyən zaman ayıraraq sadəcə divanda əyləşib kitab oxuyun.
Müəllif: Lalə Rəhmanova