2023-cü ilin ən böyük kitab bayramına az qaldı! 27 May - 4 İyun tarixlərində Bakıda - İçərişəhərdə - V Milli Kitab sərgisi baş tutacaq!

Milli Kitab Sərgisini ziyarət etmək üçün 5 səbəb:


📚1. Kitab yarmarkası yeni və maraqlı kitablar seçmək və 70 faizədək endirimlə onları almaq imkanıdır.
✍️2. Burada siz dünya şöhrətli yazıçılarla tanış ola, hətta onlardan avtoqraf ala bilərsiniz!
🎨3. Yarmarkada siz aktual mövzularda maraqlı ustad dərsləri, seminarlar və müzakirələrdə iştirak edə bilərsiniz.
🤝4. Burada ortaq maraqlarınız olan insanlarla qarşılaşacaqsınız.
🥳5. Sərgidə siz əsl kitab festivalı ab-havasına qərq olacaqsınız!
🤩 Yaxşı əhval-ruhiyyəyə zəmanət verilir!