Qapalı ürəkdə mərhəmət duyğusunun doğulması müşkül bir məsələdir. Bəs qapalı ürəyin açılması üçün nə lazımdır? «Açıq ürək» bütün digər məsələlərlə münasibət göstərməklə yanaşı bu suala da cavab verir.
Dalay Lamanın şəxsiyyəti, onun uğrunda mübarizə apardığı ideallarla tam bir mütənasiblik təşkil edir. O, bütöv dünyanın canlı varlıqlarını əzabdan, məşəqqətdən qurtarmaq üçün öz həyatını qurban verməyə hazır olan bir inancın başında dayanan müqəddəs insandır. Onun müqəddəsliyi hər hansı qeyri-adi bir möcüzəyə dayanmır – Dalay Lamanın möcüzəsi, onun mərhəmət duyğusunun ən yüksək zirvəsini fəth etməsindədir.
Bu kitab nə qədər kobud səslənsə də, insanlara mərhəmətli olmağın üsullarını, texnikasını öyrədir. Sadə örnəklərlə buna necə nail olmağın yolları Dalay Lamanın öz dilindən qələmə alınmışdır. Bu müqəddəs adam bizə bunları söyləyir: «Ürəyinizi açın ki, başqaları da sizə öz ürəyini açıq saxlaya bilsin. Yalnız bu zaman mərhəmət duyğusu yarana bilər və biz bütün canlı varlıqlara qarşı ədalətli mövqe sərgiləyə bilərik».
ISBN:
2000029777967
Janr:
Biznes
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Dalay Lama
Səhifə sayı:
192
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Kitabın məzmunu çox dərin və faydalıdır. Həyatımda tətbiq edə biləcəyim çox şey öyrəndim.
Çatdırılma sürəti mükəmməl idi. Bu mağazanın xidmətindən çox razıyam. Onlayn mağazalar arasında mən ən rahat gələnidir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar