Kriminal düha Kaz Brekkerə məşum soyğun təklifi edilir. O, keçilməz hərbi istehkam olan Buz Sarayına girməli və qrişa magiyasını əbədi dəyişdirəcək bilgiyə sahib olan əsiri ələ keçirməlidir. Buna müvəffəq olsa, ən çılğın xəyallarında belə təsəvvür etmədiyi sərvətə sahib olacaq, lakin bu işə tək girişə bilməz. İntiqama susamış məhkum. Qumarın daşını heç cür ata bilməyən sərrast atıcı. Bəxtəvər keçmişi olan qaçaq. Kabus ləqəbli casus. Xarabalıqlardan sağ çıxmaq üçün magiyasından istifadə edən ürəkqıran. Çətin vəziyyətlərdən ağlagəlməz üsullarla xilas olma vergisi verilmiş oğru. Altı təhlükəli səfil mümkünsüz soyğun üçün birləşir. Birlikdə olanda onları heç kim dayandıra bilməz, amma gərək əvvəldən bir-birinə qənim
kəsilməyələr.
ISBN:
9789952586527
Janr:
Fantastika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Li Barduqo
Səhifə sayı:
544
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Üstünlüklər:
Tərcüməsi əladır. Kitab fantaziya sevən bütün yaş qruplarından olan şəxslərçün nəzərdə tutulub. Əsərdə açıq-saçıq səhnələr olmasa da qumar, silah, oğru kimi sözlər simpatik qəhrəmanların məşğuliyyəti kimi göründüyünə görə 16+ tövsiyəsi ola bilər.
Qüsurlar:
Bəzi kəlmələr əsərin əvvəlində sizə tərcümə xətası kimi görünə bilər, ancaq xəta deyil, müəllifin obrazlara qoyduğu təyinlərdir.
Mətni nəzərdən keçirin:
Mətn asan və oxunaqlıdır. Romanda uydurma məkan və peşə adları var.
Bənzər məhsullar