Bir gün Byanşon ateist olan müəlliminin kilsəyə girdiyini görür. Xəlvətcə onu izləyir və müəlliminin Tanrıya inanan insanlar kimi messaya qulaq asdığını görür. Byanşon tərəddüdlər burulğanına düşür. Balzak “Ateistin ibadəti” adlı uzun hekayəsində insanlığın necə mühüm olduğundan, əqidənə müxalif olan insanla necə gözəl bir şəkildə yaşamağın mümkünlüyündən danışır. “Nar bağı” hekayəsində ana ilə övladları arasındakı dərin, şirin məhəbbətdən bəhs olunur. Həyatda mənhus hadisələrlə üzləşmiş qadın yeganə təsəllisini övladlarının tərbiyəsində, qəlbində onlara qarşı bəslədiyi dolğun sevgidə tapır. Dilicanda Parisdən Mulenə gedən iki gənc yol əsnasında dostlaşırlar. Yol boyu bir-birilərinə öz sevgi macəralarından danışırlar. Qəfil dilican qəzaya uğrayır və dostlardan biri vəfat edir, amma ölüm anında həmsöhbətindən sevgilisinə yazdığı məktubları ona çatdırmağı istəyir. “Əmanət” hekayəsi XIX əsr Fransa cəmiyyətini, o dövrdə yaşanan qarmaqarışıq romantik münasibətləri tanımaqla səciyyələnir.
ISBN:
2000219354633
Janr:
Klassika
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Onore de Balzak
Səhifə sayı:
104
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar