Bir gün evdə, çox sakit bir halda divanda əyləşmişdim. Bazar ertəsi idi. İş günü olmasına baxmayaraq mən işə getməmişdim. Çünki səhər yuxudan oyanandan başım ağrıyırdı. İşdən, şəxsi işim olduğu üçün, icazə almağa-filan ehtiyac yox idi. Sadəcə köməkçimə zəng edib dedim ki, bu gün işdə olmayacam, nəsə bir görüş-filan varsa təxirə salsın. Tək divanda əyləşib fikirləşirdim. Amma baş ağrısı çox da fikirləşməyə qoymurdu. Televizoru yandırmağı qərara aldım. Bəlkə fikirlərimi, haradasa ağrını özümdən yayındırmaq üçün. Televizorun pultunu əlimə alıb, qırmızı düyməni sıxdım. Həmişə birinci öz, yerli kanallarımıza baxıram ki, görüm nə var-nə yox, sonra keçirəm xarici kanallara baxmağa. Bu dəfə də elə oldu.
ISBN:
2001210074636
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Sadə Nəsibli
Səhifə sayı:
256
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar