Fransız yazıçısı Jül Vern dünya ədəbiyyatında elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri kimi tanınır. O, yaradıcılığı boyunca 66 roman qələmə alıb. Həmin romanlar arasında «Yerin mərkəzinə səyahət», «Kapitan Qrantın uşaqları», «20 000 lyö su altı ilə», «80 gün dünya ətrafında» və «Aya səyahət» müəllifinə xüsusilə böyük şöhrət qazandırmışdır.
«Aya səyahət» romanında ABŞ-da baş verən vətəndaş müharibəsindən sonra işsiz qalan «Topçular klubu» üzvlərinin qeyri-adi arzusundan söhbət açılır. Klub sədri Barbiken Aya nəhəng top mərmisi göndərmək ideyası ilə çıxış edir. Bu fikir klub üzvləri tərəfindən alqışla qarşılanır. Hazırlıqlar başlayır. Lakin Fransadan Mişel Ardan imzası ilə gələn bir məktub hadisələrin gedişini kökündən dəyişir...
ISBN:
9789952244397
Janr:
Macəra
Nəşriyyat:
Altun Kitab
Cild:
Yumşaq
Müəllif:
Jül Vern
Səhifə sayı:
128
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar